Cəmiyyət

Bakıda avtobusda gizlənib oğurluq edirmiş - VİDEO

1 Dekabr 2016 21:12
0 Şərh     Baxış: 844

Günorta vaxtı nahar fasiləsinə gedən sürücülər qayıdarkən avtobusun qarət edildiyini görüblər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Abşeron rayonu Xırdalan şəhərində baş verən hadisə bir neçə gün davam edib. 10-dan çox sürücünün şikayətindən sonra polis əməliyyat qrupu yaradaraq, cinayətkarın tutulmsı üçün tədbirlər görüb.

Çox çəkməyib ki, hadisəni törətməkdə şübhəli bilinən Tovuz sakini Seymur Vəliyev ''596'' saylı xətt üzrə hərəkət edən avtobusdan oğurluq edərkən iş başında saxlanılıb. Saxlanılarkən o, əməllərini etraf edib. Bildirib ki, avtobus sonuncu dayanacağa çatdıqda oturacaqların arasında gizlənirmiş ki, sürücü onu görməsin.

Seymur Vəliyev idarədə dinidirilərkən əlavə olaraq bir minik avtomobilindən də oğurluq etməsini etiraf edib.

O, avtomobildən sənəd, pul və maqnitafon oğurlayıb. Aşkar edilən faktlarla əlaqədar cinayət işi başlanıb, istintaq davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda avtobusda gizlənib oğurluq edirmiş

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.