Cəmiyyət

"Aygun City" ticarət mərkəzində "CinemaPlus" kinoteatrı açılacaq

1 Dekabr 2016 18:20
Baxış: 807

Bakı, 01 dekabr: Bakıda Bakıxanov qəsəbəsində, "Aygun City" Ticarət mərkəzinin 3-cü mərtəbəsində "CinemaPlus" premium kinoteatrı açılacaq.

Kinoteatrda dünya standartlarına cavab verən 7 zal və 395 oturacaq yerləri var. Zallar rahat və yüksək səviyyəli kreslolar ilə təchiz olunub.

Kinomanlara unudulmaz anlar və ideal istirahət bəxş etmək imkanı bununla məhdudlaşmır. Təbii ki, film izləmək və bundan həzz almaq popkornsuz və soyuq içkilərsiz təsəvvür edilmir. Burada xoş və rahat istirahət üçün 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.

Həmçinin qeyd etmək istəyirik ki, "CinemaPlus" kinoteatrlar şəbəkəsinə daxildir: "CinemaPlus 28 Mall", "Cinema Plus Ganjlik Mall", "Cinema Plus Amburan Mall" və Gəncə şəhərində yerləşən "Cinema Plus Khamsa".

"CinemaPlus" kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
Ətraflı məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonlar üçün yeni "CinemaPlus" mobil əlavəsini yükləyin.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.