Cəmiyyət

"Yellənir elə bilirik ki, aşacaq" - Sakinlərin kabusuna çevrilən ağac - VİDEO - FOTO

1 Dekabr 2016 17:03
0 Şərh     Baxış: 1 306

Sumqayıtdakı ağaclar son zamanlar sakinlərin kabusuna çevrilib.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, düzgün ünvana müraciət olunmadığından və ya döyülən qapıdan bir reaksiya gəlmədiyindən insan həyatı ciddi təhlükə ilə üzləşib.

İndi 13-cü mikrorayon, ev 22-də yaşayan sakinlər bu ağacların onların həyatlarını hər an təhlükə qarşısında qoymasından narahatdırlar.

Sakinlər ağacın yaxınlığında gəzməyə ehtiyat edirlər. Çünki küləkli havalarda onun aşma təhlükəsi daha çoxdur. Deyirlər ki, hər dəfə havanın küləkli olacağı barədə xəbər eşidəndə qorxu hissləri keçirirlər. Ağacların kiminsə başına, ya da maşının üstünə düşməməsi üçün dua edirlər.

Sakin: "Hər səhər evdən çıxanda birinci bu ağaca baxıb sonra işə gedirik. Ağac yellənir elə bilirik ki, aşacaq".

Nəzərə alsaq ki, yaxınlıqda uşaq bağçası və məktəb də yerləşir, onda baş verə biləcək bədbəxt hadisənin yarada biləcək fəlakəti təsəvvür etmək elə də çətin deyil. Sakinlər aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər. Daha sonra nazirlikdən həmin ağacın təhlükəli olmasını təsdiqləyən rəy verilib. Amma nə gələn var, nə də ki, bir iş görən.

Məsələni aydınlaşdırmaq üçün Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsi ilə əlaqə saxladıq. Bildirildi ki, ağacların kəsilməsi işi mənzil istismar sahələrinə tapşırılıb və yaxın zamanda sakinlərin kabusuna çevrilən ağac problemi aradan qaldırılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.