Cəmiyyət

Hər gələn qəmli gedər... – ƏN GÖZƏL MİSRALAR

1 Dekabr 2016 23:10
14 Şərh     Baxış: 2 110

Milli.Az lent.az-a istinadən Azərbaycan poeziyasının ən yaxşı misralarından bir neçəsini təqdim edir.

Ərş ilə fərşü kafu nun, məndə bulundu cümlə çün,

Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.

***

Səni bu hüsni-cəmalü, bu kəmal ilə görüb

Qorxdular həq deməyə, döndülər insan dedilər!

İmadəddin Nəsimi

Çəkmə damən naz edib üftadələrdən, vəhm qıl,

Göylərə açılmasın əllər ki, damanındadır.

***

Əskik olmaz qəmimiz, bunca ki bizdən qəm alıb,

Hər gələn qəmli gedər, şad gəlib yanımıza.

Füzuli

Mətahın keçməyən yerdə

Satma, qardaş, kərəm eylə

Yol daşını ytol quşuna

Atma, qardaş, kərəm eylə

Xətai

Gecə-gündüz qan ağalaram

Artıbdı fərağım mənim

Başımı alıb gedərəm

Tutduqca ayağım mənim

Abbas Tufarqanlı

Sınıq səbudə mey tutmaz qərar, su durmaz

Şikəstə könlümə, məhvəm ki, qan ilən doludur...  

***

Ey kamanqaşlı, məni yarələdi qəmzən oxu,

Zülfünü bas yarama, qoyma məni qan aparır...

Seyid Əzim Şirvani

İstəsən könlüm kimi zülfün pərişan olmasın,

Ol qədər cövr ət mənə, ah etmək imkan olmasın!

Sabir

Dağa dersən eşidir, sonra verir əksi-səda,

Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

Hadi

Şal istədim mən də evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaçdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

Şəhriyar

Aynabənd evlərin eyvanı sərin,

Yuyunur qoynunda al şəfəqlərin.

Hər batan axşamın, doğan səhərin

Hüsnü salamlayır min pəncərəni,

Səadət ilhama çağırır məni!

Səməd Vurğun

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əllləşən

Dostdan, aşinadan necə əl çəkim?

Mikayıl Müşfiq

Qayıt, yerinə qoy Ayı, Günəşi -

Yenə olduğu tək görüm həyatı.

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt, sahmana sal bu kainatı.

Əli Kərim

Dərsəm güllərini bu gələn yazın,

Sallanıb yellənsəm budaqlarından,

Eşitsəm adımı sevən bir qızın,

Hələ öpülməmiş dodaqlarından,

- bu yaz gecəsində ölməyə nə var?!

Ramiz Rövşən

Alnıma toxundum, gördüm tərləyib,

Dodağıma baxdım, uçuqdu, gördüm.

Bütün darvazalar gördüm bağlıdır,

Sizin darvazanız açıqdı gördüm.

Eldar Baxış

Demirəm, sən uca bir dağsan, əyil

Demirəm, əlacım qalıbdır sənə.

Nə səndə məhəbbət qara pul deyil,

Nə mən dilənçiyəm, əl açım sənə.

Nüsrət Kəsəmənli

Elə dayanırsan, elə baxırsan,

Elə bil qarşında quru bir daşam.

İpək saçlarını bir vaxt oxşayan

Elə bil hardasa mən olmamışam.

Nəriman Həsənzadə

Bir də gördün oğuldu adam

Bir də gördün atadı.

Bir də gördün yox oldu adam

Bir də gördün fotodu.

Ələkbər Salahzadə

...Ünvanı səhv düşən bir məktub kimi

Təzədən mən sənə qayıdacağam.

Məmməd İsmayıl

Elə üşüyürəm o da yoxdu ki

Gəlib əllərini sərə üstümə...

Salam

...Qapı da divar idi

Xaneyi-hikmətə

Şəmsin nuru gəlməyincə...

Həmid Herisçi

Bu zülmət gecəyə ya həbib allah

Nə qurşun işləyər, nə yol yürüyər...

Etimad Başkeçid

Sübhün budağında quş səsi...

Xanəmir

Qızlarını varlı adamlar üçün bəsləyən ailələrin qonşuluğunda

şəkillərə ata deyən bir uşaq böyüyür

Aqşin

Allaha deyirəm ki,

günəşə görə çox sağ ol

Şəhriyar del Gerani

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Solmaz · 1 Dekabr 23:1930

    Elzada yazır,çukka,çukka,çukkada çukka

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 1 Dekabr 23:2101

    Səməd Vurğun,Mikayıl Müşfiq, Nüsrət Kəsəmənli, Nəriman Hüseyinzadə

    Cavab yaz
    • Anonim
      LAÇINLI · 2 Dekabr 00:4010

      Mən ki tehqiramiz hecne yazmamisdim

      Cavab yaz
  • Anonim
    sultan · 1 Dekabr 23:2940

    Dun kasi kuzemi daslara caldim, Serxosdum, bilmedim elimden saldim, Kuze dile gelib dedi ki, men de SENIN KIMI IDIM BU GUNE QALDIM. Mehseti Gencevi.

    Cavab yaz
  • Anonim
    SOFA · 1 Dekabr 23:3210

    Heqiqeten gozel misralardi,orta mekteb illeri yadima duwdu,,,,,,NERIMAN HESENZADE yaradiciligi gozeldi,,,,butun wairlerin oz yeri var,,,,,,

    Cavab yaz
  • Anonim
    Laçınlı · 1 Dekabr 23:5920

    Mənde Ramiz Rövşən ve Neriman Hesenzade yaradıcılıq inin vurqunuyam

    Cavab yaz
  • Anonim
    Laçınlı · 2 Dekabr 00:0220

    Bir seher yuxudan durub Özünü uşaq göresen. Göresen hami evdedi .Ölenleri sag göresen. Ramiz Rövşen

    Cavab yaz
  • Anonim
    LAÇINLI · 2 Dekabr 00:2140

    Kişiler bir olmur atam balasi. Qorxaqi var igidi var .Amma her kişinin ölenden sora qebri üsde aglamaqa bir qara paltarlı qadina ümidi var. Sen ölenden kim olacaq gözelerini baglayan?Qardaşımi olacaq yadmi olacaq? Bu dünyada sene en cox aglayan, Ən cox aglatdigin qadinmi olacaq?!

    Cavab yaz
  • Anonim
    LAÇINLI · 2 Dekabr 00:4000

    Mənim şərhimi niye vermirsuz

    Cavab yaz
  • Anonim
    Emi · 2 Dekabr 09:1800

    Misralarin her biri gozeldi,Aqsinin sozleri xususile xosuma geldi.

    Cavab yaz
    • Anonim
      Emin. · 2 Dekabr 15:0400

      nese basha dushdun orda?

      Cavab yaz
  • Anonim
    Emin. · 2 Dekabr 10:5300

    bu ne demekdir? Qızlarını varlı adamlar üçün bəsləyən ailələrin qonşuluğunda şəkillərə ata deyən bir uşaq böyüyür Aqşin

    Cavab yaz
    • Anonim
      asi · 2 Dekabr 19:3300

      Bu o deməkdir ki,Aqşin bəyin atası rəhmətə gedib.O da atasına şəkillərdə ata deyir..Və bu Aqşin bəy də atasız olduğu üçün yəqin imkansız böyüyüb.Buna görə də qonşularındakı varlı ər axtaran qız ailələrindən ümidini üzüb..Bilir ki,qızlarını buna verməyəcəklər..

      Cavab yaz
  • Anonim
    asi · 2 Dekabr 11:4000

    Klassiklərimiz hər sözü deyib,möhürləyib.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.