Cəmiyyət

Baş ağrısından bircə dəqiqəyə qurtulun - ASAN YOL

1 Dekabr 2016 21:10
4 Şərh     Baxış: 1 836

İnsan bədənini rahatlaşdırmaq üçün çox sayda masaj texnikası var. Bunlardan bir neçəsi yalnız sağlamlıq üçün deyil, eyni zamanda insanın özünü yaxşı hiss etməsinə səbəb olur. Hətta boş vaxtlarınızda mütəxəssis köməyi tələb edilməyən masajı özünüz asanlıqla edə bilərsiniz.

Milli.Az lent.az-a istinadən həmin masajın qaydası ilə sizi tanış edir.

Bəzən insan qaşlarının arasındakı bölgəni masaj etməyə ehtiyac duyur. Əgər bunu əvvəllər tətbiq etmisinizsə, demək daxili səsiniz sizi yanıltmır. Bu nahiyəyə masaj etmək gərginliyi azaldır, baş ağrısından xilas edir və gözləri rahatlaşdırır (xüsusilə kompüterin qarşısında uzun müddət oturanların). Çin tibbi praktikasında bu nöqtəyə masaj etməyin  adamın hissiyyatını güclü inkişaf etdirdiyi önə sürülüb.

Nə etməlisiniz?

Qaşlarınızın arasındakı bölgəni barmağınızla yüngülcə basın və şaquli bir xətlə təxminən 3 sm yuxarı doğru hərəkət etdirin. Bunu 45-60 saniyə belə davam edin.

Mütəxəssislər bu prosedurun beynin sinir gərginliyini azaltmağa kömək olan bir sahəni hərəkətə keçirdiyini deyir. Eyni zamanda dərinin görünüşünü, xüsusilə də göz və ağız ətrafını yaxşılaşdırar və regenerativ proseslərə kömək olur.

Birdən-birə başınız ağrıyır və ya uzun bir gündən sonra gözləriniz yorularsa, artıq nə edəcəyinizi bilirsiniz.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 1 Dekabr 21:1310

    Ele olsa ne var idi daha derman almariq ,bas aqrisi mende cox olur adin cekmeyim adi gelende aqriyir qorxuram adin cekmeye.Spazmalqin, birde aksen forte kesir,tezelikce tezyiq dermanida almisam kaptopril yaxsi dermandi o da kesir.

    Cavab yaz
    • Anonim
      Tebiet · 1 Dekabr 21:3220

      Salam Esra xanım. Allah şəfa versin. Amma çox istərdim təbii üsullarla sağalaq, bunu çox istəyirəm, hərdən aptekə gedəndə görürəm müxtəlif otların bitkiləri, istəyirəm hamısından alım ki daha dərman yox bu otlarla sağalaq,

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 1 Dekabr 22:4500

        Allah komeyun olsun, otlar yaxsidir eleleri var ice bilmirem,

        Cavab yaz
  • Anonim
    Heybet · 1 Dekabr 21:3310

    Iwlemeyen baw hec vaxt agrimaz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.