Cəmiyyət

Qadınların təsnifatı: Kişilərin ehtiyatda saxladığı qadınlar

1 Dekabr 2016 14:32
17 Şərh     Baxış: 2 086

Elə bilirsiniz, ancaq qadınlar kişiləri təsnifatlaşdırır, qadınlar ehtiyatda kişi saxlaya bilərlər?

Bu həyatda çox vaxt qarşılıqlıq prinsipi işləyir.

Kişilər üçün qadınların təsnifatı var, kişilər hər təsnifatda olan qadınları isə onlara məxsus xarakter və cəhətlərə görə o təsnifat qrupuna daxil edirlər.

Sevgili - kişinin yaşından asılı olaraq bu statusda olan qadınlara münasibət də fərqli olur. Sevgili sevdiyi qadın olur. Kişinin ideallaşdırdığı, yüksək dəyər verdiyi birisi olur. Bəzən statusunu artırır, olur nişanlı və həyat yoldaşı, bəzən isə ayrılır, tutmur xarakterləri. Sevgili olanda hər iki tərəf özünü ideal, mükəmməl göstərir, bəzən daha çox susur, az ünsiyyətdə olur, mübahisə edir ki, tam açılmasın.

Bacı - Qadağaların tətbiq edildiyi, evdə qapadılan, susdurulan, bəzən güdülən, ipi yığılan insan. Hirsli olanda, nədənsə narazı olanda soyutmağa subyektdir. Eləcə də, hər hansı marağı olmayan və ya marağı olduğu halda, onu gizlətməyə çalışan kişilər üçün onların dostluq etdiyi qadınlar da bu qrupa düşə bilərlər.

 Dost - çoxfunksiyalı varlıqdır. Ən çox da dostu dost seksi üçün saxlayırlar. Təklif edirlər. Dost kimi anlayıb, dəstək olmalısan, razı olmalısan sanki... Həqiqi dostluq etməyi bacaran kişilər də var, az deyildir. Ehtiyat variantdır, qadınla dostluq etməyi bacaran az kişi vardır. O qadınla dostluq edirlər ki, fiziki baxımdan cəlb etməsin kişini, onda hansısa ehtirası oyatmasın.

Həyat yoldaşı - bəzən sevib, bəzən sevməyib evləndiyi insan. Sonradan statusu sözdə və başqalarının yanında yüksək və aşağı olan qadın. Bir çox hallarda kişisini hər mənada ac saxlayıb öz əliylə başqa qadına verən qadındır.

Ana - müqəddəsdir, qaynanadır, həyat yoldaşındır, uşağın üçün... Ana anadır. Onu seçmir insanlar... Bəzən isə seçə bilirsən ailəni, doğma ailən olmayanda... Ailədə hökmü və sözü keçərli olur. Öyrədə bilir hər kəs öz övladını... Bəzən müdaxilə edir məsləhəti ilə, bəzən isə qarışmır ailənin işinə...

İş yoldaşı - həmkardır. Yaddır əslində, bir iş yeri olsa belə... Bir xanımdır. Subay kişilər üçün potensial sevgili, evlilər üçün məşuqədir, bəziləri üçün işdəki xidməti sevgi macərasıdır. İş yoldaşı qadındırsa, təxəyyül də fərqli olur. Ən əsası düşünürlər ki, savadsız, təcrübəsizdir, işi bilmir və görə bilməyəcək, hökmən kömək etmək lazımdır. Yəni guya qadının qadın işi var, kişilərin arasında nə işi var... Ələlxüsus da rəhbər vəzifələrdə... İş yoldaşı həm də ehtiyat variantdır.

Uşaqlarımın anası - adətən leqal, qeyri-leqal münasibətdə olan qadındır, uşaqlarının anasıdır. Onunla sırf uşaqlarının anası olduğuna görə ünsiyyətdədir, yaşayır, ona görə ona dözür. Əslində ehtiyat variantlar var. Məsələn, bir neçə ailə saxlamaq məharəti olan kişilərimiz. Ən pis halda, ehtiyat variantda olanlardan bir şey çıxmazsa, dönməyə yeri var, uşaqlara görə uşaqlarının anası hər şeyi bağışlayacaq. Çünki ondan asılıdır.

Məşuqə - hər bir kişinin arzusu, arzularının qadını... Hərtərəfli məqsəd və təyinatlıdır. Məşuqə məşğul etməlidir kişini hər mənada. Bəzən tənha olurlar, bəzən onların da həyatında ehtiyat kişilər olur. Mədəni və qanuni fahişələr kimi...

Civi - ailəsi olmayan, olan və ya bakirə olmayan qadındır, sırf tutmaq, əylənmək və vaxt keçirtmək məqsəd və təyinatına malikdirlər. Civilər qısamüddətli münasibət üçündürlər. Qeyri-ciddi münasibətin oyunçusudurlar. Kişilərin seksual fantaziya və istəklərini gerçəkləşdirmək üçündürlər. Onlarla məzələnmək, mırt tutmaq olar. Bəzən tənha qadınlar olur, bəzən isə yox.

Gəlin - ailəli qadındır. Ərindən savayı ehtiyatında kişi var. Ərindən küsəndə, dalaşanda, depressiyada olanda, kişi axtardığı zaman ehtiyat variantı axtaran kişiylə rastlaşırlar.

Xarakter və tiplərinə görə isə qadınları aşağıdakı tiplərə bölürlər:

Əfəl, mədəni, sakit

İntellektual, müasir, işgüzar, ağıllı

Bisavad və maraqsız

Evdar

Pul və maddiyyat, status, hədiyyə düşgünü

Günel Fərhadqızı
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

17 Şərh:

  • Anonim
    vuqar · 1 Dekabr 14:3802

    bu ne movzuydu ozde xanim terefinden yazilib ))) hec bir ferqi tesnifati yoxdu ister kiwi ister qadin ister subay ister aileli dul bowanmiw qiz ve ya qadin fikrinde olan ele istediyini eliyecek

    Cavab yaz
    • Anonim
      aysel · 1 Dekabr 15:1300

      aysel vuqara ona gore deyilerki erlide ersizde bir fikirdedi :O:O:O:O:O:O:O

      Cavab yaz
  • Anonim
    ... · 1 Dekabr 14:4320

    yazilanlar bizim kisiiklere aidir ...

    Cavab yaz
    • Anonim
      Ayla · 1 Dekabr 15:3310

      ayla14 43 yazana duz dediz

      Cavab yaz
  • Anonim
    Leman · 1 Dekabr 15:0211

    Bu ne demekdi Day bilmirsiz neden yazasiz Zaten bunlari bilirik ki heyatda her cur agilimiza gelen isanlar var bu beledi hemise olub bunan sora hem cox hemde acix sekilde olacax

    Cavab yaz
  • Anonim
    oxucu · 1 Dekabr 15:2701

    kisiler normal idarede is yoldasi qadinlara bu cur baxmirlar, hormet edirler. Bele seyler yazmayin oxuyub iyrendim

    Cavab yaz
  • Anonim
    ? · 1 Dekabr 15:4610

    Super yazi beyendim . bu muselman kisiciklere cox aidi .

    Cavab yaz
  • Anonim
    Maya · 1 Dekabr 15:5500

    Eger anladimsa....indi bu nə deməkdi ki..!!!???

    Cavab yaz
  • Anonim
    =) · 1 Dekabr 16:1610

    Kisilere od

    Cavab yaz
  • Anonim
    =) · 1 Dekabr 16:1700

    Qoysram

    Cavab yaz
  • Anonim
    asi · 1 Dekabr 16:2301

    Övzu maraqlıdır,məqalə sıfır..Xüsusən iş yoldaşları haqqında yazılan hissə..Biabırmı yanaşmadı Azərbaycan jurnalisti üçün..Bunu yazanın heçmi qohumlarında işləyən qadın yoxdur??Məsələn müəllimə,tibb bacısı,orqan işçisi və s???..Ayıb...Işləyən qadınlara xüsusəndə ailəli olanlara iftiradı..Heç kişilərdə elə "acgöz" deyil ki,bir yerdə işlədiyi xanımlara ocür yanaşsın..Bizim məktəbdə bir neçə on illiklərin qadın kişi müəllimləri bir yerdə işləyib və işləyir..Nə məntiq belə??Bu hissə ilə digər hissələridə heç etdin,hörmətli xanım jurnalist....

    Cavab yaz
  • Anonim
    GULLER XANIM · 1 Dekabr 21:4301

    Lazimsiz bir meqale he c yeri yoxdu

    Cavab yaz
  • Anonim
    Edilya · 2 Dekabr 13:0210

    Yazini cox beyendim . Bu bizim cemiyetin esil uzudu .Qaldi isleyen qadinlara bu ekser yerde beledi kimse yalanan yazmasinki kisiler qadinlarimiza hormet edirler bu azliq eskil edir .SUPER yazib UGURLAR .

    Cavab yaz
  • Anonim
    SERLOK HOLMS · 2 Dekabr 13:0620

    YAZINI COX BEYENDIM .

    Cavab yaz
  • Anonim
    DUNYA · 2 Dekabr 13:0810

    Aktual yaziniza tesekkur edirem . Belede davam edin UGURLAR .

    Cavab yaz
  • Anonim
    Naxchivan Şahtaxtı · 3 Dekabr 14:4310

    Super!!!!!!!!!!!!!! Cəsarətli və Real yanaşmadır. Sadəcə ana bölümü bir qədər kasaddır. O da "müqəddəs"dir deyə..........Azərbaycan mətbuatında bu tip formulirovka olMayıb desəm, yanılmaram!!!!!!!

    Cavab yaz
  • Anonim
    Astarali S · 3 Dekabr 15:1820

    Maraqli aktual meqaledi .Xosuma geldi UGURLAR .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.