Cəmiyyət

Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində mühüm razılaşmalar əldə olundu

1 Dekabr 2016 14:11
Baxış: 402

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov 2016-cı ilin 29-30 noyabr tarixlərində Cibuti Respublikasında işgüzar səfərdə olub.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, səfər çərçivəsində Cahangir Əsgərov Cibuti Respublikasının bir sıra yüksək səviyyəli rəsmi şəxsləri ilə görüş keçirib. 

30 noyabr 2016-cı il tarixdə Cibuti Respublikasının prezidenti cənab İsmail Ömər Qelle ilə görüşən "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti mehriban və səmimi qəbula görə öz dərin təşəkkürünü bildirərək, "Azərbaycan Hava Yolları" haqqında ətraflı məlumat verib. Eyni zamanda, Cahangir Əsgərov ölkələr arasında əməkdaşlıq üçün güclü potensialın mövcudluğunu vurğulayaraq, gələcəkdə Azərbaycan-Cibuti münasibətlərinin daha da inkişaf edəcəyini bildirib.

Cibuti Respublikasının prezidenti İ.Ö.Qelle, öz növbəsində, Cahangir Əsgərovu salamlayaraq, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Həmçinin prezident İ.Ömar Qelle Cibutinin daim qardaş Azərbaycanı hər bir sahədə dəstəklədiyini bildirib.

Daha sonra "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Cibuti Ticarət Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkr Ömər Hadi ilə görüş keçirmişdir. 

Görüşlər zamanı yeni Cibuti beynəlxalq hava limanı layihəsinin təqdimatı baş tutmuş və Azərbaycan şirkətlərinin buradakı inşaat işlərində iştirak imkanları müzakirə olunmuşdur.

Bundan əlavə, "Azərbaycan Hava Yolları" ilə Cibuti  aviaşirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır.  İmzalama mərasimindən sonra şirkət rəhbərləri mətbuata açıqlama vermişlər.

Cahangir Əsgərovun Cibutiyə səfəri zamanı həmçinin Bakı - Cibuti arasında yükdaşımalar üzrə reysin açılması və eyni zamanda Azərbaycan - Cibuti müştərək yükdaşımalar şirkətinin yaradılması barədə razılıq əldə edilmişdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.