Cəmiyyət

Bakıda "Number One" Beynəlxalq mükafatlandırma mərasimi keçirilib - YENİLƏNİB - FOTO

1 Dekabr 2016 10:54
Baxış: 1 850

01.12.2016

10:54

Bakıda "Number One" beynəlxalq mükafatının təltifetmə mərasimi keçirilib.

Milli.Az-ın məlumatına görə, maraqla gözlənilən mükafatlandırma mərasimi noyabrın 30-da Bakıdakı "Badamdar" otelində təşkil edilib.

Tədbirin rəsmi hissəsinədək gecənin qonaqları - tanınmış ictimai-siyasi xadimlər, elm, mədəniyyət, ədəbiyyat, incəsənət nümayəndələri, idmançılar və digər nüfuzlu şəxslər qırmızı xalıdan keçid ediblər.

Mərasim Azərbycanın dövlət himninin səslənməsi ilə başladı.

Layihənin Azərbaycan üzrə rəhbəri Tural Ozan qonaqları salamlayaraq Number One beynəlxalq mükafatı haqqında qısa məlumat verib və onun təltifetmə mərasimlərinin 8 ölkədə, Azərbaycanda isə artıq 4-cü dəfədir ki, keçirildiyini bildirib. Mükafat elm, ədəbiyyat, mədəniyyət, incəsənət, idman, tibb, moda sənayesi, media sahəsi və ictimai həyatdakı uğurlara görə təqdim edilir.

"Milli.Az" Xəbər Portalı, "Trend" Beynəlxalq İnformasiya Agentliyi , "Day.Az" İnformasiya Portalı və "Azernews"  qəzeti Media nominasiyasında qalib olaraq "Number One" mükafatına layiq görülüblər.

Gecənin aparıcıları Tural və aktrisa Aysel Nazimin aparıcılığı ilə keçən gecədə  Milli Məclisin deputatları Fəzail Ağamalı və Jalə Əliyeva, xalq artistləri Flora Kərimova, Fəxrəddin Manafov, Amaliya Pənahova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Məleykə Əsədova, əməkdar artistlər Tünzalə Əliyeva, Ədalət Şükürov, Elza Seyidcahan, Paralimpiya Oyunlarının ikiqat qalibi, ikiqat dünya və beşqat Avropa çempionu, Qarabağ müharibəsi veteranı cüdoçu İlham Zəkiyev, karate üzrə beşqat dünya və on üçqat Avropa çempionu Rafael Ağayev, müğənnilər Rəşad İlyasov, Nadir Qafarzadə, Sevda Yahyayeva, İlhamə Qasımova, rəqqasə Oksana Rəsulova və Fatimə Fətəliyeva, aktyorlar Müşviq Şahverdiyev və bir sıra digər şəxslərə "Number One" mükafatı təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq "Number One" mükafatının təltifetmə mərasiminin təşkilatçısı Türkiyənin Türk TV kanalıdır.

-----------------

30.11.2016

23:15

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün Bakıda Kempinski Badamdar oteldə "Number One" Beynəlxalq mükafatlandırma mərasimi keçirilib.

KİV nominasiyasında Trend.az, Day.Az, Milli.Az və Azernews.Az qeyd edilib.

Zərif Nisə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.