Xroniki pankreatitin fəsadları dərman terapiyasının effektliyini azaldır və çox zaman cərrahi müdaxilə tələb edir. Xroniki pankreatitin fəsadlarına aşağıdakılar aiddir:
- hipovolemik şok
- mədə-bağırsaq qanaxması
- sarılıq
- absaslər
- sepsis
- yalançı sistlər.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, xroniki pankreatit uzun müddət davam edərsə, pankreatin axacağın genişlənməsinə, qonşu orqanların dəyişikliklərinə, ümumi öd axacağının, onikibarmaq bağırsağın daralmasına, dalaq venasının trombozuna, plevraya, qarın boşluğuna maye toplanmasına səbəb olur.
Hipovolemik şok qanda vazoaktiv substansiyaların pankreatik fermentlərlə aktivləşməsi ilə bağlı olur. Şokun əlamətlərinə arterial təzyiqin kəskin enməsi, taxikardiya, dəri örtüllərini avazıması, soyuq tər, oliquriya və s. aiddir.
Mədə-bağırsaq qanaxması həzm orqanlarının yanaşı gedən xəstəlikləri və xroniki pankreatitin özünün fəsadları ilə bağlı olur. Bu qida borusu və mədənin kardial hissəsinin dalaq venasının trombozu və varikoz genişlənməsinə görədir. Qanaxmanın səbəbi həmçinin mədəaltı vəzin psevdosist və ya abseslərin bağırsağa deşilməsi də ola bilər.
Ümumi öd axacağının daralması stenozlaşan duodenal papilit, həmçinin mədəaltı vəzin başının ödemi və fibrozu, psevdosistin inkişafı ilə əmələ gələ bilər. Bu zaman kliniki olaraq mexaniki sarılığın inkişafı baş verir.
Xroniki pankreatitin fəsadlarından olan onikibarmaq bağırsağın daralmasına nadir hallarda rast gəlinir. Bu adətən mədəaltı vəz başının iltihabı və ödemində, psevdosistin əmələ gəldikdə, qarın boşluğunda bitişmə prosesləri olduqda baş verir. Klinik olaraq bu fəsad ağrı və dispeptik simptomla təzahür edir. Onikibarmaq bağırsaq dəliyinin mənfəzinin daralması ürəkbulanma və qusma ilə müşahidə olunur.
Mədəaltı vəzin absesləri sonradan irinli infeksiya qoşulmaqla nekroz ocaqların əmələ gəlməsi nəticəsində inkişaf edir. Fəsadlaşma bir qayda olaraq kəskinləşmə başladıqdan 2-3 həftə sonra əmələ gəlir. Klinik olaraq abses qızdırma, taxikardiya, qarında ağrıların güclənməsi, qarının ön divarının gərginləşməsi, leykositoz, hipoalbiminemiya ilə təzahür edir.
Fəsadlardan biri olan assit pankreatik axacaqların partlaması nəticəsində pankreatik şirənin kiçik piyliyə və qarın boşluğuna axması zamanı inkişaf edir. Assit zamanı xəstənin qarnında ağrılar əmələ gəlir, vəzin xarici sekretor funksiyasının pozğunluğu əlamətləri güclənir. Assit mayedə zülalların, pankreatik fermentlərin (amilaza, lipaza, tripsin) miqdarı artır.
Xroniki pankreatit və onun fəsadları zamanı pəhrizə ciddi əməl olunmalı, alkoholun istifadəsindən uzaq durmalı və müalicəyə diqqətlə əməl edilməlidir.
Milli.Az
Cəmiyyət
Xroniki pankreatitin fəsadları
1 Dekabr 2016 22:50
0 Şərh
Baxış: 5 559
DİGƏR XƏBƏRLƏR
- Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
- Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
- Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı - İstintaq yeniləndi - FOTO
- Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
- Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
- Azərbaycanda 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı - FOTO
XƏBƏR LENTİ
- Ürəyi gücləndirmək üçün - Təsirli RESEPT
- 15 yaşlı məktəbli qəbiristanlıqda iki qızı bıçaqladı
- Azərbaycana ən çox turist bu ölkələrdən gəlir
- Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
- Bu ərazilərdə qaz olmayacaq
- “Simpsonlar”ın 2024-cü illə bağlı PROQNOZLARI - Reallaşanlar və qorxunc ehtimallar - FOTO
- COP29 vasitəsilə xarici media Azərbaycanın gördüyü işlərdən xəbərdar olacaq - Jean de Brabander
- Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO
- Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
- Külli miqdarda rüşvət alan vergi rəisi tutuldu
- 12 barmaqlı körpə doğuldu - FOTO
- Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO
- "Ermənistanın 4 kəndi qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir"
- Prezidentin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib
- Aktyor 1 kilo kokainlə tutuldu
- Qazaxın azad edilən kəndində Azərbaycan bayrağı qaldırıldı - VİDEO
- Almaniya kansleri Putinə nəyi qadağan edib?
- Azərbaycan çempionatının rəmzi komandası açıqlanıb – ƏN YAXŞILAR
- İranda hicab gərginliyi: Şəriət qaydaları sərtləşdirildi
- Toyda azərbaycanlı müğənninin başına İŞ GƏLDİ: İşıqları söndürsələr də... - VİDEO
- Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf açıqlandı
- Üç manat siqaret puluna görə əmisini öldürdü
- Avropa çempionatına bu hakimlər təyinat aldı - Siyahı
- Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar