Cəmiyyət

Aqoniya nədir?

1 Dekabr 2016 23:40
5 Şərh     Baxış: 1 437

Aqoniya terminal fasilə ilə kliniki ölüm arasında olan mərhələdir. Aqoniya canvermədir. Aqoniya dövrü üçün huşsuzluq və beynin bulbar şöbələrinin yüksəlmiş aktivliyi xarakterdir. Bu mərhələnin əsas əlamətlərindən biridir. Aqonal vəziyyətdə olan şəxslərdə qısa müddət ərzində qıcolma şəkilli dərin tənəffüs müşahidə edilir. Aqonal tənəffüsdə çox vaxt sklet əzələləri də iştirak edir. Adətən aqonal tənəffüs baş verən zəif nəfəsalmalarla başlayır. Sonra tənəffüs hərəkətləri tədricən qüvvətlənir, lakin maksimal səviyyəyə çatdıqdan sonra yenidən zəifləyir. Aqonal tənəffüs normal tənəffüsdən nəfəsalmada iştitak edən əzələlərin gərginliyinin çox yüksək olması ilə fərqlənir. Bu zaman adi tənəffüsdə iştirak etməyən ağız və boyun əzələləri titrəyir.
Aqoniyadan sonra kliniki ölümə keçid başlayır. Bu qan dövranının dayanması ilə xarakterizə edilir. Ürək fəaliyyəti qəflətən dayandıqda isə aqonal tənəffüs bir neçə dəqiqə davam edə bilir.
Kliniki ölüm zamanı toxumaların oksigenlə qidalanması dayandığına görə hipoksiyalar baş verir. Buna sirkulyatot hipoksiya deyilir. Hipoksiyanın baş verməsinə ürək, tənəffüs sistemi və beynin fəaliyyətinin pozulması səbəb olur. Əksər hallarda qan dövranının pozulmasına və dayanmasına ürək zədələnmələri səbəb olur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, beynin xəstəlikləri zamanı baş verən ölümün səbəbi isə tənəffüs mərkəzinin, sonra isə vazomator mərkəzin iflicidir.
Canvermə ilə əlaqədar olan funksional dəyişikliklərin əsasını orqanizmin ümumi hipoksiyası nəticəsində maddələr mübadiləsinin pozulması tutur. Çünki beyin toxumasında gedən mübadilə prosesləri hipoksiya zamanı daha tez pozulur.
Müəyyən edilmişdir ki, qan dövranı qəflətən dayandıqda beyin toxuması öz qlükoza və kreatinfosfat ehtiyatını 1 dəqiqəyə, qlikogenehtiyatını isə 5 dəqiqə ərzində sərf edir. Energetik mübadilənin əsas substratlarından biri olan ATF isə cəmi 3-5 dəqiqə ərzində yox olur. Bu zaman isə əmələ gələn süd turşusu beyin toxumasının asidozuna səbəb olur.
Bütün bu proseslər sinir hüceyrələrinə mənfi təsir göstərir və beyin fəaliyyəti pozulur.
Bütün bu proseslər və morfoloji dəyişikliklər ilk növbədə sinir toxumasının, sonra isə digər toxumaların patoloji dəyişilməsinə səbəb olur.
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 1 Dekabr 23:4400

    Hardanda oxudum offf gel geceni yatda Allahinnan yata bimirem bir yandan da bu qorxulu meqaleler.

    Cavab yaz
    • Anonim
      Tebiet · 2 Dekabr 00:0310

      Qorxmayın Esra xanım. Bu sadəcə yazıdır, narahat olmayın, gözəl musiqi dinləyib yatın. Gecəniz xeyirə.

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 2 Dekabr 09:5410

        Allah komeyiniz olsun Allaha and olsun dunen o biri sehifeye ölum nedir sehifesine yazdim rehmete getmis dayimi, bu gece yuxuda gordum ele fikirlesdim onun ölmeyin yuxuma girdi cox qeribe.Ölum haqqinda qorxular menim sumuklerimdedir arada bir gelir bu qorxu.

        Cavab yaz
    • Anonim
      Tebiet · 2 Dekabr 00:0610

      October -Pavel Panin, dinləyin bunu həm də gözəl mənzərələrlə, YouTube -da.

      Cavab yaz
  • Anonim
    Zz · 2 Dekabr 09:2610

    Mən bu izahın kimə lazım olduğunu bilmədim. Mənasız bir məqalə. Çünki mütəxəssis bunu özü daha geniş şəkildə tapıb oxuyar. Sadə insanlar isə bunu başa düşmür. Terminləri anlamır

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.