Cəmiyyət

Saçlara necə qulluq etməli?

1 Dekabr 2016 23:20
1 Şərh     Baxış: 1 623

Saçlar diqqət və qayğı tələb edir. Bəzi qaydalar vardır ki, fəsillərin dəyişilməsindən asılı olmayaraq onlara əməl etmək lazımdır. Milli.Az immunitet.az-a istinadən bildirir ki, saçların daima canlı olması üçün onlara düzgün qulluq edilməlidir.
* Saçlar hər gün müxtəlif istiqamətlərdə şotka daraqla daranmalıdır.
* Saçlar hər axşam yatmazdan əvvəl daranmalıdır.
* Saçları yaxşı böyüməsi üçün onları darayarkən dibini də massaj eləmək lazımdır.
* Uzun saçları ucundan yuxarıya doğru daramaq lazımdır.
* Pırtıaşıq saçları seyrək dişli daraqla daramaq lazımdır.
* Başda tağ ayırarkən vaxtaşırı yerini dəyişmək lazımdır.
* Cod saçları yuyarkən sonda yaxaladıqda 1 litir suya 2 xörək qaşığı sirkə tökün və saçınızı yaxalayın, sonra yenidən durulayın.
* Normal saçlar lazım olduqda, yağlı saçlar isə daha tez-tez yuyulmalıdır.
* Quru saçları olan adamlar saçlarını həftədə 1 dəfədən tez yumamalıdır.
* Hər saçın xarakterinə uyğun şampun seçilməlidir.
* Yuduqdan sonra saçları yumuşaq dəsmalla və otaq şəraitində qurutmaq lazımdır.
* Uzun müddət günün altında durduğunuz zaman başınızı bağlayın.
* İmkan daxilində saçlarınızı yumazdan əvvəl ona qidalandırıcı kompress qoyun, 2-3 saat sonra yuyun.
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    GULLER XANIM · 2 Dekabr 13:5700

    Yazilanlarnan raziyam

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.