Cəmiyyət

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları.

1 Dekabr 2016 22:20
6 Şərh     Baxış: 1 196

Yumurtalıqların inkişaf anomaliyaları aşağıdakı xəstəliklərlə özünü göstərir:
* yumurtalıqların birinin olmaması
* qonod disgenezi
* sklerokistoz yumurtalıqlar.
Yumurtalıqların birinin olmaması anadangəlmə patologiya sayılır və təsadüfi hallarda rast gəlinir.
Sklerokistoz yumurtalıqlar zamanı müxtəlif səbəblərdən yumurtalıqların sklerozlaşıb kistoz törəməyə çevrilməsi müəyyən edilir. Xəstəlik enzim sistemlərin yararsızlığı üzündən yumurtalıqlarda cinsiyyət hormonlarının sintezinin pozulmasından ibarətdir. Bu xəstəlik irsi xarakter daşıyır. Sklerokistoz yumurtalıqlar sindromu zamanı aşağıdakılar baş verir:
- aybaşının olmaması
- tüklənmənin artması
- sonsuzluq.
Müalicə konservativ və operativ yolla aparılır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, qonod disgenezi (Şereşevski Terner sindromu) genetik yaranan xəstəlikdir. Bu xəstəlik xromosomların sayının pozulması ilə əmələ gəlir. Bu yumurta toxumasının ilkin çatışmazlığıdır. Qonod diskenezinin səbəbi infeksion xəstəliklər və embrion qonadının diferensasiyası dövründə əmələ gələn hamiləlik intoksikasiyasıdır. Bu xəstəlik zamanı qızların boyu artmır və əqli inkişafdan qalırlar. Bu zaman qızların digər orqan və sistemlərində də müxtəlif qüsurlar meydana çıxa bilir. Qonad diskinezi aşağıdakı əlamətlərlə özünü biruzə verir:
* ilkin amenoreya
* cinsi əlamətlərin olmaması
* uşaqlığın inkişafdan qalması
* xarici cinsiyyət orqanlarının inkişafdan qalması
* süd vəzilərinin inkişafdan qalması
* cinsiyyət tüklərinin olmaması.
Qonad diskinezinin müalicəsi zamanı endokrin pozulmaların cinsiyyət hormonu preparatlarından istifadə edilir.
Müayinə zamanı USM və hormonal müayinənin nəticələri əsas götürülür.
Müalicə ginekoloqlar tərəfindən aparılır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Ilham · 1 Dekabr 23:4905

    Bu xanim yumurtlayirki,?

    Cavab yaz
    • Anonim
      te · 1 Dekabr 23:5513

      Xanimlar her ay yumurtlayir normalda.

      Cavab yaz
      • Anonim
        Ilham · 2 Dekabr 00:0401

        Bunu bilmirdima.yaxsiki,dediz.meselen;necesini.?

        Cavab yaz
    • Anonim
      gunay · 2 Dekabr 00:3020

      xanim yumtalamir hemde siz bu fikire şerh yaza bilmersiz

      Cavab yaz
      • Anonim
        ayka · 2 Dekabr 10:3700

        ilham siz bucur şerhleri başa duşmersiz evlen sonra başa duşersiz

        Cavab yaz
        • Anonim
          Ilham · 2 Dekabr 18:2100

          Yaxsi onda gozleyek.heyat bir kitabdi.o sehifelere catarig bilerik.))))

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.