Cəmiyyət

Ölüm nədir?

1 Dekabr 2016 21:20
18 Şərh     Baxış: 2 531

Ölüm canlı orqanizmin həyat fəaliyyətinin labüd nəticəsidir. Səbəblərinə görə ölüm patoloji (vaxtından əvvəl) və fizioloji (təbii) olmaqla 2 hissəyə ayırd edilir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, həddindən artıq qocalmış orqanizmin həyatının labüd surətdə başa çatması fizioloji ölüm adlanır. Fizioloji ölüm həddindən artıq qocalmış canlı orqanizmin bütün həyat funksiyalarının sönməsidir. İnsanlar arasında fizioloji ölümə nadir hallarda rast gəlinir. Adətən insanların həyatı müxtəlif xəstəliklər səbəbindən sona çatır. Lakin bəzi hallarda zahirən sağlam görünən adamın da ölməsi müşahidə edilir ki, buna qəfləti ölüm deyilir. Qəfləti ölümün baş verməsinə gizli keçən və kifayət qədər müalicə olunmayan xəstəliklərin qəfil kəskinləşməsi səbəb olur. Buna aşağıdakı xəstəliklər səbəb olur:
- aorta anevrizmasının partlaması nəticəsində baş verən qanaxmalar
- koronar arteriyaların trombozu ilə əlaqədar olan kəskin miokard işemiyası
- hipertoniya xəstəliyi nətiucəsində beyinə qansızma
- ağciyər arteriyalarının trombozu və s.
Xarici mühitin qeyri-adi təsirləri ilə baş verən ölüm zorakı ölüm adlanır. Bu cür ölümlərə aşağıdakılar aiddir:
- intihar
- məişət travmaları
- nəqliyyat travmaları
- istehsalat travmaları.
Adətən insanlar ya ürək fəaliyyətinin, yad tənəffüsün dayanması ilə əlaqədar olaraq ölürlər. Orqanizmin həyat fəaliyyətində baş verən dəyişikliklərlə əlaqədar olaraq ölümün 2 forması ayırd edilir:
- kliniki ölüm
- bioloji ölüm.
Kliniki ölüm zamanı tənəffüs və qan dövranı dayanlır, reflekslər itir. Bu zaman insanın həyati vacıb daxili orqanları isə öz fəaliyyərtini itirmir. Kliniki ölümün müddəti 5-6 dəqiqəyə qədər ola bilir. Bu zaman şərait olsa xəstəni həyata qaytarmaq mümkün olur.
Bioloji ölüm zamanı isə geriyə dönməsi mümkün olmayan proseslər baş verir və insanın həyatına son qoyulur.
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

18 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 1 Dekabr 21:2504

    Bu gece vaxti bu ne meqaledir, bele movzulardan qorxuram.Amma milli az men ruhlar barede meqale vermenizi xahis edirem cox isterdim deqiq bilen ruh haqqinda meqale yazsin.Heqiqetenmi ruhlar evde dolasir, eve gelirler ???

    Cavab yaz
    • Anonim
      Esko · 1 Dekabr 22:3610

      Salam Əsra Ruhlar evdə gəzmir amma cümə günləri qəbirdən çıxıb ziyarətinə gələnlərini seyr etməsinə çoxx inandım çox maraqlı idi mənə cümə günü anamın qəbrini ziyarətə getdim anamla babamın qəbirləri çox yaxındılar aradan bir adam keçər çox sakit isti hava idi bir ot belə əsmirdi hər ikisinin ayaq tərfində durmuşdum Qur'anı yarı oxumşdum iki qəbirin arasından bir meh qopdu düz üstümə elə bildim üstümə başıma sığal çəkilir üzümə xoş ətirli nəfəs dəydi kitabı sinəmə sıxıb necə hardan qaçdığımı hiss eləmədim bax onda inandım kı ruhlar yaşayır

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 1 Dekabr 22:4300

        Allah rehmet elesin hemise ruhlar haqqinda fikirlesirem,menim dayim cavan rehmete gedib 4 ildir bir defe gece vahime geldi mene ele bil sanki kimse var idi bizde, sehereyaxin gozum getdi yuxuya yuxuda mene dedi men gelmisdim onda inandim ki, heqiqeten ruhlar geze biler ona gore cox isteyirem ruh haqqinda meqaleler.

        Cavab yaz
        • Anonim
          Esko · 1 Dekabr 23:0700

          Allah rehmet elesin cəmi ölənlərə o biri dünyaların versin nur içində yatsınlar Miad kitabını oxu orda bərzəx aləmindən çox yazılıb

          Cavab yaz
        • Anonim
          Esko · 1 Dekabr 23:1100

          Bildiyimə görə insanın ruhu çıxıralır göyə aparılır meyit yuyuluncaya qədər qulağı eşidir daha sonra qəbirə qoyulur ustə torpağ tökülən kimi qurşağa qədər ruhu özünə qaytarılır sorğu sual edilir

          Cavab yaz
          • Anonim
            Esra ibrahimli (Samaxi) · 1 Dekabr 23:1700

            Qebir meselesin oxumusam guya baş əhlet dasina deyen kimi ruh insanin ozune qayidir ve Inkir Minkir sorquya baslayir ,amma sonra neler olur ruh harda qalir hara gedir o barede isteyirdim bilem.

            Cavab yaz
          • Anonim
            Esra ibrahimli (Samaxi) · 1 Dekabr 23:1800

            Birde yazdiqin kitab satisda var meselen defter kitab satilan yer var Quran da olur orada olar???Alib oxumaq istedim.

            Cavab yaz
            • Anonim
              Esko · 1 Dekabr 23:3400

              Adı Miad yəni ölümdən sorakı həyat bərzəx o dünyayla bu dünyanın arası dini maqazalarda olar soruşun zakas edin

    • Anonim
      Men · 1 Dekabr 23:0020

      Qorxma men birdayam

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 1 Dekabr 23:3001

        Qorxu kecib sumuklerime, bir dene mamagilde qalanda mamamnan yatanda qorxmuram ele rahat oluram,.

        Cavab yaz
  • Anonim
    x. · 1 Dekabr 21:3150

    ureyim darixdi lap.oxuya bilmedim hec

    Cavab yaz
    • Anonim
      samaya · 1 Dekabr 22:0800

      mende axira kimi oxuya bilmedim ureyim esdi qorqudan

      Cavab yaz
  • Anonim
    Əli · 1 Dekabr 21:3640

    Ölümü tez tez xatırlayın

    Cavab yaz
  • Anonim
    Heybet · 1 Dekabr 21:3801

    Bir olum gedim gorum obiri dunyada nevar. Bir o geder omur surdum bilmedim bu dunyada nevar

    Cavab yaz
  • Anonim
    Tebiet · 1 Dekabr 22:0114

    Dəfələrlə arzulamışam.

    Cavab yaz
  • Anonim
    Sevgi · 1 Dekabr 23:3130

    Ruhlara icazə verilmir haranısa gəzsin onlar bərzaq həyatı yaşayır. Kimsə deyirki ruh mənə nəsə dedi yox o şeytandı sizi aldadır ruhlar yalnız qiyamət günü diriləcək sorgu suala

    Cavab yaz
  • Anonim
    GULLER XANIM · 2 Dekabr 14:1110

    Olum haq

    Cavab yaz
  • Anonim
    GULLER XANIM · 2 Dekabr 14:1510

    Men se olumnen qorxmuram

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.