Cəmiyyət

Qış hansı xəstəlik barәdә xəbər verir?

1 Dekabr 2016 21:55
0 Şərh     Baxış: 565

Qış mövsümü, soyuq hava və ətraf mühitimizi əhatə edən bəyaz qardan başqa təəssüf ki, ürək xəstəliklərinin artdığı haqqında da xəbər verir.

Hava soyuq olanda ürək, bədən temperaturunu müəyyən bir səviyyədə tutmaq üçün normadan daha çox işləyir.
Soyuq havadan başqa, güclü külək, yağış və qarın da bədənin istiliyinin düşməsinə yol açdığını bildirən mütəxəssislər bu səbəblərә görә, daha çox işləyən ürəyin oksigenә ehtiyacının artdığını dedilər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, soyuq hava orqanizmdəki damarların daralmasına yol açır və bu da qan təzyiqinin yüksəlməsinə və xüsusən hipertoniya xəstələrində dərmanlarla nəzarətin çətinləşməsinə səbəb olur.
Havanın soyuması ilə birlikdə ortaya çıxan dəyişikliklərdən ən mühümlərindən biri də bədəndəki stress səviyyəsindəki artımla bərabər olan hormonal dəyişikliklərdir. Bəzi maddələrin bədəndə artması, mövsümdən asılı olaraq, ürək xəstəliklərinin də artmasının ən önəmli səbəblərindən biridir. Bu maddələrə görə, qanda laxtalanma artır. Laxtalanmanın artması infarkt ilə nəticələnə bilər.
Bu səbəbdən də, ürək problemləri yaşayan insanlar bacardıqları qədər özlərini soyuq havadan qorumalıdır.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.