Cəmiyyət

İmam Rzaya (ə) niyə qərib deyirlər?

1 Dekabr 2016 21:45
35 Şərh     Baxış: 1 435

Lüğətdə vətənindən uzaq düşmüş insana qərib deyirlər. Həzrət Əli (ə) buyurur: "Qərib o kəsdir ki, dostu olmasın".

Ona görə də, vətənindən uzaq düşdüyünə və sürgün olduğu zamanlarda yar və yavəri olmadığına və məzlum halda şəhid edildiyinə görə İmam Rzanı (ə) qərib adlandırırlar. İmam Rzanın (ə) özündən özü haqqında belə hədis vardır: "Hər kim qeybətimdə məzarımı ziyarət edərsə, Qiyamət günü üç dəfə fəryadına çataram. O yerin dəhşətindən ona nicat verərəm. O zaman ki, əməl dəftərini sağ və ya sol əlinə verəcəklər, Sirat zamanı, əməllərinin çəkildiyi zaman".
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həruyidən belə nəql edilir: "Ərz etdim: "Yəbnə Rəsulallah! Sizi kim öldürəcəkdir?" Buyurur: "Mənim zamanımdakı Allahın ən pis xəlqi. Məni zəhər vasitəsilə öldürəcəkdir. Sonra məni uzaq bir məkanda və qürbət yerdə dəfn edəcəkdir. Bil ki, hər kim məni qeybətimdə ziyarət edər, Allah Təala yüz min şəhidin, yüz min sadiqin və yüz min həccə gedənin, ümrə edənin və yüz min mücahidin əcrini onun üçün yazar. Bizimlə məhşur olar. Behiştin ali dərəcəsində bizimlə olar".
 
Həzrət Rzadan (ə) belə nəql edilir: "Mən qürbət torpaqlarda öldürüləcəyəm, zəhərlənəcəyəm və dəfn olunacağam. Bunu atam atasından, o da Əli ibni Əbitalibdən və o, da Peyğəmbərdən (s) eşitmişdir ki, mənə vəsiyyət etmişdir. Həqiqətən, hər kim qürbətim zamanı məni ziyarət etsə, mən və atam Qiyamət günü onun şəfaət verəni olarıq. Hər kimin ki, şəfaət verəni biz olarıq, nicat tapar. Hətta əgər çiynində ins və cinin günahları olsa belə".
 
Tarixin yazdığına görə, o zaman ki, İmam Rza (ə) Xorasana tərəf hərəkət etməyə məcbur oldu, səfərə çıxmamışdan qabaq qohumlarını topladı, Mədinəyə bir daha qaytımayacağına, qürbət və şəhadətinə işarə etdi. Həm Həzrətin (ə) özü və həm də başqaları ağladılar. Bu səfərin İmam Hüseynin (ə) səfəri ilə oxşarlıqları vardır. Çünki hər ikisi bu yolun sonunda şəhid olacaqlarını bilirdilər. O, qohumlarını başa saldı ki, Məmunun bu dəvəti zahirdə dostluq niyyətilə olsa da, əslində bir hiylədir. Hədəf Həzrət Rzanı (ə) siyasi və ictimai həyatdan uzaqlaşdırmaq idi.
 
Qohumlarının bəziləri Məmunun bu gizli hiyləsindən xəbərsiz olduqlarına görə, onun haqqında yaxşı sözlər deyirdilər. Məmun İmamı (ə) xilafətə gətirərək, onun adı altında öz xəbis işlərini görmək istəyirdi. Çünki, əhalinin əksəriyyətini Əhli-beyt (ə) davamçıları təşkil edirdilər.
 
Onları bu yolla aldadıb, İmama (ə) zahirdə guya hörmət göstərmək vasitəsilə yoldan çıxartmaq istəyirdi. Məmun bu planının işə yaramadığını görəndə, İmam Rzanı (ə) ölümlə hədələyir. İmam (ə) elm və tədbirlə Məmunla müxalifətlik edir, qətllə hədələnəndən sonra Məmunun şərtini qəbul etməyə məcbur olur.
 
İmam (ə) dəyərli sözləri və tutduğu mövqe ilə insanları düz yola hidayət etməyə çalışır. Nişapurdakı çıxışında buyurmuşdu: "Vəhdaniyyət və Allaha pərəstişə gedən yol ancaq bizim yolumuzla mümkündür. Yəni, bu bizik ki, müsəlman olmağa məna veririk. O bizik ki, mömin insanı kamil imana çatdırırıq. Bizim davamçılarımız bizim göstərişlərimizi yerinə yetirirlər, düşmənlərimizlə müxalifdirlər, hər kim bu cür olmazsa, bizdən deyildir. Hər kim bizdən uzaqlaşanlara yaxınlaşar, ya bizim qohumlarımızdan uzaqlaşar, ya bizdə eyb axtaranlara sitayiş edər, ya da düşmənimizə hörmət edərsə - bizdən deyildir və biz də ondan deyilik".
 
Bu sözlərdən görünür ki, İmam (ə) o zamanda nə qədər əzab çəkirmiş. Əgər İmamın (ə) sözlərini araşdırmaq istəsək, görərik ki, bu sözlərdə bir giley, bir inciklik vardır.
 
İmam Hüseynin (ə) Aşura günü qəribliyi fikri bir qürbət idi. Aşura günü İmamın (ə) qarşısında elə insanlar səf qurmuşdular ki, Həzrəti (ə) tanıyırdılar. Onların bəziləri Kufədə İmam Hüseynin (ə) atasını dərk etmişdilər. Hətta bəziləri Peyğəmbəri (s) belə görmüşdülər. İmam Hüseyn (ə) ona görə qərib idi ki, onun fikir və əqidəsini kfəlilər qəbul etmirdilər. İmamın (ə) Kufə əhlindən istədiyi şeyi onlar dərk etmirdilər.
 
Ancaq İmam Rzanın (ə) qürbəti belə bir qürbət deyildi. İmam Rzanın (ə) getdiyi yerdə onu tanıyanlar az idi və o, da tanımadığı insanların içinə gedirdi. Bu yolda çox çətinlik çəkəcəyini bilirdi və hətta necə şəhid olacağı haqqında belə məlumatı vardı. Ancaq getməli idi. Öz diyarından və məhbublarından uzaqlaşmalı idi. Bu,onun məzlumiyyətindən xəbər verirdi. Ancaq İmam (ə) hara gedirdisə-getsin, həmin yerdə mütləq Allah bayrağı dalğalanardı, İlahi mərifət bulağı hamını doyuzdurardı.
 
İmamın Xorasana gəlməsi ilə Əhli-beyt (ə) davamçılarının sayı artdı və İmamın (ə) qoyub getdiyi qönçələrin gülləri ildən-ilə yayılmağa başladı.
 
İmam (ə) özü ilə Allahın həqiqi elmini gətirmişdi və onun bu elmindən bəhrələnənlərin sayı çox oldu. İmam (ə) özündən sonra çox sayda tələbə qoyub getdi və onun qoyub getdiyi İlahi mərifət hələ də bizləri bəhrələndirir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

35 Şərh:

  • Anonim
    1988 · 1 Dekabr 21:58100

    Canim qurban size Ya Ehli beyt.Lebbeyk ya HÜSEYN

    Cavab yaz
  • Anonim
    Eşq · 1 Dekabr 22:17100

    ESil EşQ ve SeVGi ALLahaDı Ve Onu temiz BENDelerinedi Salam olSun Ehli Beyte Salam olsun onlara laiq olanlara Allaha bizlerede Ehlibeyit kimi Eziz ve PEygembere Laiq etsin.Amin.Şeytanlaşmış insanlardan ve onların fitne fesadından uzaq etsin Bütün mezlumlara yar ve yardımcı olsun.Olsun

    Cavab yaz
  • Anonim
    Eşq · 1 Dekabr 22:18110

    ALLAH MEHEMmeD YA Ali

    Cavab yaz
  • Anonim
    Mesedi teymur · 1 Dekabr 22:2370

    Canim qurban

    Cavab yaz
    • Anonim
      esmer · 1 Dekabr 22:4770

      Canım qurban olsun Peyğemberlere

      Cavab yaz
  • Anonim
    Esko · 1 Dekabr 22:58101

    Amin əzizlər Allah bizləri Əhli beytin həqiqi aşiqlərindən qərar versin İnşallah milli az.Allah sizdəndə razı olsun dini məqalələr yazmaqdan yorulmayasız

    Cavab yaz
  • Anonim
    Moskva · 1 Dekabr 23:06111

    İnsan oz balasina ,anasina,atasina onu ekene dogana qurban olar.o da ki eger bu dunyadan heqiqi razidirsa.onlari sevindirmek ucunki var deye basqa hecne.tupurum o ya bu dunyaya ki qurban olum demekle bu y o dunyami qazanacam.en azinnan kisiye yarasmaz yalvarmaq qadini yene basa dusürem..

    Cavab yaz
    • Anonim
      Esko · 1 Dekabr 23:1971

      İnsan öz Allahına qurban olar Allah verməsə ata ana hardan uşaq tapar ? Ata ananın haqqı övlad üstündə çox böyükdür Allah buyurub məndən əvvəl ananı çağır ananı dalında gəzdir ki haqqını ödəyə bil. ......moskva erməniyə yalvarar ki Azərilərə Türk soyuna badalaq ed hiylə et

      Cavab yaz
      • Anonim
        Moskva · 1 Dekabr 23:35013

        Senim allahin senin anan atandi evvel onlara qurban ol.inanki onlara qurban olsan allahinada xos geler

        Cavab yaz
        • Anonim
          Esko · 1 Dekabr 23:43101

          Məni həyata gətirən anam mən 9 yaşımda olanda 33 yaşında vəfat edib məni bu günnə Allah gətirib çıxarıb Allah saxlayıb ana tərbiyəsi görmədən Allah Allah deyərək atalı analı olanlardan min dəfə artığ tərbiyədə böyümüşəm anam Allah idisə ölməyəyədi atamda həmçini 6 ildi yoxdu düzdü canı canla dəyişmək olsa canımı verərdim amma hər şeydən hər kəsdən Allah böyükdür şirk danışmayın

          Cavab yaz
          • Anonim
            Moskva · 2 Dekabr 00:0216

            Yoxdusa be ne neye sukur edirsen.obyektiv olunda biraz.cehennem olsun bu dunya ya o dunyaninda cenneti hezzi ki ezizlerim mennen deyilse

            Cavab yaz
          • Anonim
            ... · 2 Dekabr 00:0540

            AllahA Hemd olsun Verdiyinede Aldıgınada razı olmalıyıq çünki o bize neyin daha xeyirli oldugunu Bilir.Allahı TAnımayan baxan kordu!!!!!

            Cavab yaz
          • Anonim
            .. · 2 Dekabr 21:5700

            Esko,Allah valideynlerinize rehmet elesin.Mekanlari Cennet olsun.

            Cavab yaz
    • Anonim
      1988 · 2 Dekabr 00:2241

      Moskva ged işinle meşgul ol bele sene aid olmayan mözvulara girme.

      Cavab yaz
  • Anonim
    Moskva · 1 Dekabr 23:45214

    Ereb en geride qalmis xalqdi,onun toremesi ne olacaq ki.essek ne bilir zeferan nedi axi..

    Cavab yaz
    • Anonim
      Esko · 1 Dekabr 23:5271

      Bax ərəb ulduza sitayiş edib Allahı tanımayıb Allah Məhəmməd peyğəmbər s olara elçi göndərib onlar parça parça qəbilə kimi səfalət və azğınlığda yaşayıblar Məhəmməd peyğəmbər s onları cəm edib böyük islam dövləti yaradıb

      Cavab yaz
    • Anonim
      Moskvaya · 2 Dekabr 07:5110

      Sizin ucun heyatda muqeddes nese var heyatda?

      Cavab yaz
    • Anonim
      Tebiet · 2 Dekabr 10:4110

      O məsəldə zəfəran yox, zər palan deyilir.

      Cavab yaz
  • Anonim
    Esko · 1 Dekabr 23:5471

    Məhəmməd peyğəmbərin övladları həmin dövləti və başqa dövlətləri islam dini və cəhalətsiz şəkildə yaşadmalıydı lakin peyğəmbərin s tamahkar qohumları imkan vermədilər

    Cavab yaz
  • Anonim
    Esko · 2 Dekabr 00:0130

    moskva baxın Əgər Allah əstəğfürullah atadırsa ya anadırsa 1 aydır nə qədər körpə uşaq qız gəlin yolda evdə bıçaqlanan ölən var qoymasınlarda ölməyə niyə övladlarını qoruya bilmirlər ölür sonrada baş gözlərinə döyürlər. Gözlərini aç göyə bax onu orda kimin anası tuta bilər yerə bax yer ayağının altında sürüşəndə kimin atası tuta bilər. ? Takşdo gördüyünü danış eşitdiyini yox

    Cavab yaz
  • Anonim
    Esko · 2 Dekabr 00:1830

    Niyə hansısa peyğəmbər s Azərbaycanı dinə qaytarmaq üçün göndərilməyib. ? Milli azdan Xahiş edirəm bu barədə bilgilər yazsın. Cərcis peyğəmbər s keçib bunu bilirəm səyahət yada düşməndən qorunmaq üçün keçib Beyləqanda məqamı var orda dəfn olunub ya yox bilinmir sadəcə məqamı deyək var Nuh peyğəmbərin s gəmisi Naxçıvanda qalıb Əsabi Kəf Naxçıvanda qalıb Həzrət Əli ə ayaq izi deyəsən Bakıdadır İmam Rza ə qızları düşməndən qaçıb Azərbaycanda gizlənib gəlib burda öldürüblər mənə maraqlı olan bizə dinin kökü hardan hansı peyğəmbərin vasitəsilə gəlib .? .? Salam olsun Məhəmməd peyğəmbərə və onun pak Əhli Beytinə

    Cavab yaz
  • Anonim
    Elnurə · 2 Dekabr 09:4620

    Esko canim bütün yazilarina məndən bir Like.Halal olsun sənə Allah ananada rəhmət eləsin.

    Cavab yaz
    • Anonim
      Esko · 2 Dekabr 12:1720

      Təşəkkür Allah cəmi ölənlərə rəhmət eləsin

      Cavab yaz
      • Anonim
        insan*** · 2 Dekabr 15:0920

        Esko, Allah rehmet elesin.

        Cavab yaz
        • Anonim
          Esko · 3 Dekabr 10:2000

          Sizində ölənlərinzə Allah rehmet elesin

          Cavab yaz
  • Anonim
    azer · 2 Dekabr 10:5220

    esko-ya. carcis peygambarin mazari irakin mosul waharindadir. gurani karimda rass tayfasinin adi cakilir ad samudla birga bax ALLAH onlara peygambar gondarib. o tayfada peygambari wahid edib. bax haman arazi azerbaycanda indiki naxcivan arazisindadir. tayfanin adida ordan goturulub. arasss yani araz . bu tayfa araz cayinin kanarinda yawayib.

    Cavab yaz
  • Anonim
    azer · 2 Dekabr 10:5420

    Nuhun gamisi Azerbaycana GALMAYIB. yalan sohbatdir. NUHUN mazarida IRAKIN NACAF waharindadir. hazrat ALININ MAZARINDA

    Cavab yaz
    • Anonim
      Esko · 2 Dekabr 14:4720

      Təşəkkür azər bu barədə başqa nələr var yazın

      Cavab yaz
  • Anonim
    Esko · 2 Dekabr 14:4920

    Hörmətli moderator Moskvanın sualına cavabbım hanı bəs ?verin də xahişşşşş

    Cavab yaz
  • Anonim
    azer · 2 Dekabr 16:5520

    naxcivanda nuhun gabri deya iddiya edilan gabir onun oglu yafasin gabridir. yafas peygambar olmayib. o zamanlar yerli ahali onu cox sevardi. yafas sanubar adli agac akarmiw. yafasin olumundan sonra ahali onun warafina bu agacdan akmaya bawladilar. daha sonra weytan onlari yoldan azdirdi va onlar haman agaca sitayiw etmaya bawladilar. bu vaxt ALLAH onlara peygambar gondardi hanzala adinda. lakin onlar peygambari dinlamadilar.axirda ALLAHIN gazabi ila butun agaclar gurudu. sahar galxib bunu gordukda peygambari gunahkar bildilar.

    Cavab yaz
    • Anonim
      Esko · 2 Dekabr 22:4600

      Nuhun s qəbri yox gəmisinin qalıqları Naxçıvanda qalıb. məlumata görə sağ ol. Bəs orda yerləşən Əsab Kəf Ziyarətgahı necə nəcəür yaranıb. ?

      Cavab yaz
  • Anonim
    azer · 2 Dekabr 17:0130

    va weytan yena onlara vasvasa etdiki agar peygambari oldurub ganini caya tokub haman guru agaclari suvarsaz agaclar yenidan cucarar. belada etdilar. axirda ALLAHIN azabi yetiwdi bu tayfaya. subh tezdan ALLAHIN amri va istayi ila torpag kukurda dondu. sari kukurda. goydan isa ildirim caxmaga bawladi va bu govmda ad samud govmu kimi yanim kula dondu. gurani karimda sadaca 2 yerda rasss tayfasi hagda yazilib. ama bu hekaya hagginda imam ALIDAN nagl olunub.

    Cavab yaz
  • Anonim
    azer · 2 Dekabr 17:0320

    o ki galdi ashabi kafa buda naxcivanda deyil. gurani karimda onlar ayilandan sonra iclarindan birina pul verib yemak almagcun gondardilar oda ordan RAGIM adli mantagaya galdi. ragim iordaniyada kicik bir gasabadir. hal hazirdada var. buda malumdurki iordaniyada islamdan avval xristiyanlig dini rasmi din olub. ALLAH KOMAYINIZ OLSUN.

    Cavab yaz
    • Anonim
      .. · 2 Dekabr 21:5400

      Azer cox sag olun melumat ucun.Men bunu bilmirdim.

      Cavab yaz
  • Anonim
    mən · 2 Dekabr 20:3910

    Əlbəttə,Allah bilən məsləhətdir.Allahın Salamı olsun qəlblərimizdə yaşatdığımız 14 məsuma (s.a.v.a.s) !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.