Cəmiyyət

Nəfslə mübarizə aparmağın 2 əsas yolu

1 Dekabr 2016 20:30
10 Şərh     Baxış: 999

Havayi-nəfslə mübarizə aparmağın iki yolu vardır: biri şəhvəti tərk etmək və ikincisi isə müsibətdə səbir etməkdir.

İmam Sadiq (ə) öz səhabələrindən birinə belə buyurur: "Mən sizə haqlı olaraq deyirəm ki, siz meyl və şəhvəti tərk etmədən istədiyiniz şeyə ("liqaallah") çatmazsınız. Xoşagəlməz hadisələr qarşısında səbir etmədən arzu etdiyiniz şeylərə çata bilməzsiniz".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, dindar olan insanların bir çoxu günahı və şəhvəti tərk etməyə hazırdırlar, lakin müsibətlərdə səbir edə bilmirlər. Bəziləri isə müsibətlərdə səbir edirlər, lakin günahı tərk edə bilmirlər. Halbuki, bu ikisi bir yerdə olmalıdır. Çünki insan iki qanadı olarsa, uça bilər. Biri budur ki, həvəsi gələn zaman günahı tərk edə bilsin. Biri də budur ki, başına bəla gələn zaman səbir etməyi bacarsın.

İmam Hüseyn (ə) Aşuranın ağır anlarında, o zaman ki, Əli Əsğər qucağında can verirdi, onun qanını səmaya atıb buyurmuşdu:"Allahım, mən bu bəlaya səbir edərəm və razıyam. Çünki bilirəm ki, Allah görür".
Əmmarə nəfs mələkut ruhu üçün düşməndir, ancaq onun inkişaf etməsi üçün zəruridir. Çünki mübarizə olmadan, mələkut ruhu inkişaf edə bilməz. Əmmarə nəfsi mikroba bənzətmək olar. Ancaq əgər miqdarı çox olarsa, mələkut ruhu üçün zərərli olar. Lakin əgər az olarsa, mələkut ruhu ona qarşı müqavimət əldə edər.

İmam Sadiqdən (ə) soruşurlar ki, rahatlığa çatmağın yolu nədir? Həzrət (ə) buyurur: "Havayi-nəfslə müxalifətlikdədir". Soruşurlar ki, bəndə nə zaman rahatlığa çatar? Həzrət (ə) buyurur: "Behiştə daxil olduğu ilk gündən". Yəni, insan ömrünün axırına qədər nəfsi ilə mübarizə aparar.
Havayi-nəfslə mübarizə aparmaq - uzun bir yoldur. Çox sayda zəhmət istəyir. Nəfslə mübarizə stimulunu canlı saxlamaq üçün din alimləri ilə görüşmək və onlarla ünsiyyət qurmaq çox mühümdür.
Nəfslə mübarizədə ruha güclü iman və möhkəm iradə yardım edər. İnsan bu mübarizədə başa düşər ki, İlahi yardım olmadan bir yerə çıxa bilməz. Həmçinin başa düşər ki, İlahi nurun himayəsi olmadan iradəsi ona kifayət qədər yardım edə bilməz.
Allaha iman bəsləyərək, bu yolda qalib gəlmək olar. O zamana qədər ki, insan bu dünyada yaşayır, davamlı olaraq nəfsi ilə mübarizə aparır. İstər ibtidai mərhələdə olsun, istərsə də ali. Yəni, ariflərimiz və din alimlərimiz də ömürlərinin axırına qədər nəfsləri ilə mübarizə apararlar.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Esko · 1 Dekabr 20:4750

    Rəbbim bizlərə İmam Hüseyin ə səbrindən versin. Ən böyük cihad nəfsin cihadıdlr...

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 1 Dekabr 20:5850

    İmam Əli (ə): «Camaat! Nəfslərinizin tərbiyəsi ilə məşğul olun və onu adətlərinə hərislikdən saxlayın.»(Nəhcül-Bəlağə, xütbə 198 )

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 1 Dekabr 20:5850

    .İmam Əli (ə): «(Pis işlərə əmr edən) Nəfsinə arxa çevirməklə özünə (fəzilətli insani nəfsinə) üz tut!»(Ğurərul-Hikəm, hədis 9170 )

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 1 Dekabr 20:5840

    .İmam Əli (ə): «Öz nəfsinə (və şəxsiyyətinə) hörmət qoyan kəs, onu günahla xar etməz.»(Ğurərul-Hikəm, hədis 9130 )

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 1 Dekabr 20:5940

    Hezret Eli (e) buyurur: Bilerekden gunah eden shexs bagishlanmaga layiq deyildir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 1 Dekabr 20:5940

    Hezret Eli (e) buyurur: Zulm ve fesad yolundan cekinib itaet yolunu tutun ki, axiretde xoshbext olasiniz.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 1 Dekabr 20:5940

    Hezret Eli (e) buyurur: Elimsiz emel etmek zelaletdir (yoldan azmaqdir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 1 Dekabr 20:5940

    Hezret Eli (e) buyurur: Bendelerin dunyadaki emelleri, axiretde gozlerinin qabaginda olacaqdir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 1 Dekabr 21:0040

    Hezret Eli (e) buyurur: Teqvalilarin nefsi qane, shehvetleri olu, cohreleri aciq, qelbleri ise qemgindir.

    Cavab yaz
  • Anonim
    Amin · 1 Dekabr 21:2340

    Allahim nefsimin getireceyi belalardan sene siginiram

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.