Cəmiyyət

Şeytanın insanı namazdan saxlamaqda hədəfi nədir?

1 Dekabr 2016 08:55
17 Şərh     Baxış: 1 736

"Həqiqətən şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?". ("Maidə" 91).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayənin buyurduğu kimi, şeytan (lən) qumar və şərabın vasitəsilə insanı namazdan və ibadətdən saxlamaq istəyir. Qumar və şərabın vasitəsilə insanların arasına düşmənçilk toxumu səpər və insanı Allahdan uzaqlaşdırar. (Tebyan)
"Əl-Mizan" təfsirində yazılır: "Şeytan istəyir ki, şərab və qumar vasitəsilə sizin aranıza düşmənçilik və qəzəb salsın. Sizi Allahı zikr etməkdən və namazdan saxlayar. Şeytan sizi bu əməllərə dəvət edərək, şərdən başqa bir şey istəmir".
Pislik - şeytanın əməlidir. İnsan şərab içərək, şeytan tərəfindən vəsvəsə olar və yolunu azar. Hədislərin bir çoxunda oxuyuruq ki, şeytan insan cildində zahir olub insanlara şərab düzəltməyi öyrətmişdir.
Həzrət Peyğəmbər (s) buyurur: "Namaz - dininin sütunudur". Lakin şərab içən insan şeytan pisliyinə bulaşdığı üçün ibadətdən uzaqlaşar. Şeytan da bu əməl vasitəsilə insanların arasına düşmənçilik və kin toxumları səpər. Qumar oynamaq da onun kimi.
Şeytan (lən) istəyir ki, Allahı unudaq və Ona şükür etməyək. Şeytan istəyir ki, dinin sütununu titrədək və dağıdaq. Şeytan istəyir ki, insan ona itaət etsin, Allaha deyil.

İbni Abbas nəql edir: "Səd ibn Əbi Vəqqas ənsarlı bir kişi ilə qardaşlıq əhdi bağlayırlar. Ənsardan olan kişi Sədi qonaq çağırır. Süfrə açır və şərab qoyur. Hər ikisi yeyib məst olurlar. Bir-birinin yanında lovğalanırlar. İş o yerə çatır ki, münaqişə edirlər və ənsardan olan kişi bir sümük götürür, Sədin burnuna elə vurur ki, burnu sınır. Allah bu ayəni nazil edir. ("Maidə" 91). Yəni şeytan istəyir ki, siz düşmən olasınız. İnsan şərab içən zaman elə əməllər görür ki, sağlam başla onları heç bir zaman etməzdi.
 
Ayənin verdiyi müraciətlər:
- Şeytanın yoldan çıxartmaq vasitələri çoxdur və onların vasitəsilə hətta alimləri belə yolundan çıxarda bilir.
- Bütün çirkin işlər - şeytanın təhrikidir. Çünki bəşəri səadət və xeyirdən saxalayan amildir.
- Şeytanın istifadə etdiyi vasitələr ona görə haramdır ki, insanların arasına kin və düşmənçilik salar. İnsanı Allahı yada salmaqdan saxlayar.
- Şeytan insanı həm başqalarından və həm də Allahdan uzaqlaşdırar.
- Məhəbbəti küslüyə çevirər.
- Şeytan əməli Allah bəndələrinin yolundakı səddir.
- Allahla rabitə - zikr, namaz, dua və ibadətdir.
- Əgər cəmiyyətdə şərab və qumar artarsa, insanları namazdan uzaqlaşdırar.
- Şərab namaza mane olar.
- Bu maneələr qarşısında süstlük etmək - insanı İlahi feyzdən saxlayar və Allahın rəhmətindən məhrum edər.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

17 Şərh:

  • Anonim
    Imrik · 1 Dekabr 09:33213

    Şərab içilən ölkələrin də inkişaf səviyyəsini görürük, içilməyən ölkələrin də inkişaf səviyyəsini görürük. Namaz qılanların sayı artıqca sanki geriləyirik. Yalnız yaxşı, dünyəvi təhsil və düzgün tərbiyə cəmiyyəti inkişaf etdirməyə qadirdir!

    Cavab yaz
    • Anonim
      Inerrant14 · 1 Dekabr 11:1491

      Şərab içilən ölkələrin texniki inkişaf səviyyəsini görən göz çox yəqin həmin ölkələrin bir çox vətəndaşların ailə münasibətlərini,sərxoş ər.sərxoş arvad sərxoş qız oğlanları ilə evdə küçədə"sən bir nəğmə mən bir nəğmə"oxuyanlarını da görürsünüz.Hə,yaxşı inkişaf gedir.Sən namaz qılmayanın villalarında dincələnlər pul dollar ödəmək əvəzinə iki üç dəfə dərindən "ehe"öskürsələr şot və hesabları artıqlamasına qədər ötürülmüş hesab olunur.!!!Hamısı yox,sənin elm öyrənməkdə məqsədin əgər pul qazanmqadısa pula görə,yox təmənnasız xidmətə görədirsə(ki ağla batan deyil)onda hansı ağıl və məntiqlə əyilib onlara qul olursan?Sənin bəyəndiyin ölkələr pulsuz xidmət göstərir,?!!Namaz yəni Allaha Yaradana xidmət,şərəf hissi,bütün nemətləri pulsuz bizə hədiyyə etməyinə görə təşəkkür.Elm və iman bir yerdə,elmdə olmasa imanını itirməmək.Düzgün tərbiyə ünvanları Allahın buyurduğu yerlərdədi,şəqrdə də qərb də də şimalda da cənubda olsan belə,Allaha möhtacsan.Günəşi inkişaf etmiş namazsız ölkələr yaratmayıb!!

      Cavab yaz
      • Anonim
        İmrik · 1 Dekabr 13:1138

        Sənin bəyəndiyin Ərəb dünyasında dinsizi tapan kimi başını kəsib allahu-əkbər deyirlər. Qərbdə isə hamı hər kəsin fikrinə, düşüncəsinə hörmətlə yanaşır. Bəli, qərbdə şənlənməyi də gözəl bacarırlar. O ki , qaldı əxlaqsızlığa, namaz qılan ölkələrdə bunlar daha iyrəc formada mövcuddur. Mən 20-dən arrtıq qərb ölkəsində və 2 ərəb ölkəsində olmuşam.Buna görə də müqaisə etmək imkanım var.

        Cavab yaz
    • Anonim
      .. · 1 Dekabr 19:5550

      Imrik,ona gore Rusiyanin kuceleri ,,alkawlarla ,,doludur.Zelalet icindedirler.Dunya oyun eylence yeri deyil-Quran tebirice desek.Iwidin neye xidmet etdiyini indi hami bilir.Siz de realligi qebul etmeye caliwin.ISLAM DININE ZIDD bir qurum.

      Cavab yaz
  • Anonim
    Aypara · 1 Dekabr 11:2591

    Sexsen men olarin inkisafindan razi deyilem muselman olkelerin yaninda hecnediler cunki, omur boyu o olkelerin qanin icib oz altlarina her seyi yigiblar ister tibb sahesi olsun ister yemey medeniyyeti, su yolu (ayaqyolu) medeniyyetinde ordan goturubler bezi satqin muselmanlarin sayesinde her seylerin elde edibler omur boyu indiyedek bu beledir cox sey var deyilesi muqasiye edilesi ama bu qeder yeter.Birde eger yahudilere vurgulayirsansa olarda erebdiler satqin hemde.

    Cavab yaz
    • Anonim
      İmrik · 1 Dekabr 12:5337

      Ölkəmizə gələn ərəblərin səviyyəsini görmədiniz? Özünüzü onlara oxşatmağa çalışırsınızsa deməli səviyyəniz də onların kı kimidir. Ərəblər ən tənbəl, pinti millətlərdəndirlər. Mütərəqqi cəmiyyət üzünü Qərbə tutub onlara çatmağa çalışır. Siz kimilər isə ərəblərə üz tutursunuz. Biz türkük və türklüyümüzlə fəxr edib dünyəvi cəmiyyət qurmalıyıq!!! Daha geriyə ərəb dünyasına meyilli olmamalıyıq.

      Cavab yaz
      • Anonim
        Esko · 1 Dekabr 20:2300

        Ay imrik kimlər ərəblərə üz tutub Allah Quranda buyurur ki istəsəydik bütün məmləkətlərə peyğəmbər göndərərdik səncə niyə buyurur

        Cavab yaz
      • Anonim
        Inerrant14 · 1 Dekabr 21:2210

        imrik nədü düşmüsən xoda helə ərəbə ərəb deyə deyə başıvı sallayıb gözüvü yumuk döşüyürsən.Ərəb,türk,alman,fransız və sair,hamısını Allah yaradıb,amma hamısının dalınca düşməyi yox yalnız haqq tərəfdarlarının dalınca düşməyi əmr edib.20 dəfə avropa və qərbə getməklə deyil,haqqı ədaləti Allahı,imanı halallığı tanımaqladır.Birdə ki bütün avropda hamısı sənin kimi ancaq əhli kef deyil,orda imanlı,İslama gözələ xidmət edən doludur,sən kimilər ora getməklə fəxr edirlər amma onlar Allahı tanımaqla.Sən belə şeyləri bilməzsən.Biz hər avara,dinsiz,dinini dünyaya satan,eyş işrətdə qaynayan,beynində ancaq parklarda qadın,pul şöhrət düşkünü olanlardam çoxdan bemişik.İstər ərəbin içində olsun istər özümüzünkülər.Bu sənsən ki kortəbii və heç mənasını bilmədən ərəbcə"mütərəqqi"sözünü işlədirsən üstəlik dilin sahiblərini də bəyənmirsən.Amma korkorana nə ərəblə nə alman və ingilislə düşmən və can cigər də deyilik.Madam qərbə qurban gedirsən,hər şey orda müftədir qal orda da,ye yat,müftə ye.

        Cavab yaz
  • Anonim
    Ceyhun · 1 Dekabr 11:4202

    Malades! Geriliyin səbəbin tapdin

    Cavab yaz
  • Anonim
    Alimardan · 1 Dekabr 12:2282

    Gelin seytanin insanlari ibadetden uzaglasdirmagin, Allaha inanmamaga cagirmaginin hedefini onlarin ozunnen sorusag. Buyrsunlar soz verilir Kamil ve Zazuya. Gabagdan tesekkurler

    Cavab yaz
    • Anonim
      & · 1 Dekabr 16:4203

      Sende bilmirsen harda bisib ele deyirsen bir comce mene de ver))).

      Cavab yaz
  • Anonim
    Elnurə · 1 Dekabr 12:4861

    Alimardan,var ol!

    Cavab yaz
  • Anonim
    www · 1 Dekabr 13:1900

    Son zamanlar hicabin namazin elenci elehinedeki bezi gencler insan tesuflenir dusunursenki budu muselmancilk.bezileri inkisaf etmis olke deyende mini yupka yada agizlarini her cur buzub sekil cekdirmeye inkisaf kimi baxirlar nedense elenci seylerle daha cox gotururler ve muasrliyi bunda gorurler amma nece gozel olardi onlardi nama qilan birisini gorende desinlerki bizde tez oyrenek qilaq amma yox xarici olkeler nelerse edende bizler tez onu ediriki birden geri qalariq bizde malesef musarlik inkisaf etmis buna goruruk

    Cavab yaz
  • Anonim
    Aypara · 1 Dekabr 13:5011

    Yahudide erebdide yahudi milleti nankor

    Cavab yaz
  • Anonim
    Aypara · 1 Dekabr 13:5141

    Sohber erebden getmir firlatmayin sohbet siz namaza qarsi olmaqdan gedir.

    Cavab yaz
  • Anonim
    Xəzər · 1 Dekabr 13:5280

    Allah hidayət eləsin.

    Cavab yaz
  • Anonim
    Esko · 1 Dekabr 21:4930

    İmrik ərəblər haqında düz deyir amma bizim üz tutduğumuzun ərəb yox Allahın elçiləri olduğuna şəkk edir ərəblərin yarıdan çoxu azğın olub deyə olara Peyğəmbər s göndərilib onlar dağınıq olublar ulduza sitayiş ediblər Məhəmməd peyğəmbər s onları birləşdirib Allah tanıdıb bu barədə oxuyun sonra yazın ay Hüseyin ə qəbul etməyənlər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.