Cəmiyyət

Sələmi necə aradan aparmaq olar?

1 Dekabr 2016 08:15
4 Şərh     Baxış: 863

"Allah sələmi məhv edir (sələmlə qazanılmış malın bərəkətini aradan aparır) və sədəqələri(n bərəkətini) artırır. Allah heç bir günahkar nankoru sevmir. Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar". "Bəqərə" 276-277).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sələm yığan insanların adətən əlində olan sərvət - zəhmətkeş təbəqənin alın təridir. Bəzən bu yolla onların həyatlarına son verər və ən azı onların ürəyinə kin və düşmənçilik toxumu səpərlər.
Halbuki, möminlər ixtiyarlarında olan mal və dövləti həm özləri xərcləyir və həm də infaq edirlər. Nəticədə isə ümumi insanların sevgisi ilə qarşılaşırlar. Onların sərmayəsi təhlükə altında olmaz, əskinə təbii şəkildə inkişaf edər və artar. Bu qanun hər bir cəmiyyətdə eynidir. Yəni, əgər cəmiyyətdə infaq olarsa, sələm almağa heç kəsin ehtiyacı olmaz. O cəmiyyətdə ki, infaq zəifdir, zəhmətkeş təbəqə öz ehtiyaclarını ödəmək üçün rəzil insanlara və ya faizli banklara üz tutur və nəticədə də bədbəxt olurlar.
Bu ayə onu demək istəyir ki, sələm alan öz sərvətini çoxatlmaq məqsədilə insanlardan sələm yığmasına baxmayaraq, Allah həmin malın bərəkətini ondan alar. Həmin malın məhv olması şərt deyildir, bəlkə sərvəti çoxaltmaq hədəfi puça çıxar.
Sələm alınan cəmiyyətdə səadət, məhəbbət və təhlükəsizlik olmaz. Çox sayda zəngin insan vardır ki, həyatlarında nə səadətləri vardır və nə də təhlükəsizlikləri. Lakin o cəmiyyətdə ki, infaq olar, sədəqə olar, insanlar bir-birinə borc verməyə adət edər - bu cəmiyyətin bərəkəti də çox olar. Bu cəmiyyətdə yaşayan yoxsullar məyus olmaz. Ehtiyacı olanlar oğuluq etməyi və ya kimisə öldürməyə düşünməz. Bu cəmiyyətdə sevgi və ülfət olar.
O zaman ki, sələm alan insan sevgi və ədaləti özündə məhv edər, özü və mal-dövləti yoxsulların nifrininə səbəb olar. İntiqam, oğurluq qorxusu hər an onu hədələyər. Bu, həmin ayədə adı çəkilən məhv olmaqdır.
İnsanlar dörd dəstədirlər:
1. O dəstə ki, iman gətirmiş və saleh əməl görərlər - onlar möminlərdir.
2. O dəstə ki, nə iman gətirib və nə də yaxşı iş görərlər - onlar kafirlərdir.
3. O dəstə ki, iman gətirib, ancaq saleh əməl görməzlər - onlar fasiqlərdir.
4. O dəstə ki, iman gətirməyib, ancaq iman gətirdiklərini iddia edərlər. Zahirdə yaxşı işlər görməyə çalışarlar - onlar münafiqlərdir.
Bəli, sələm alan insanlar həmin kafirlərdir ki, yuxarıdakı ayə də bunu təsdiq edir. Kafir o insana deyilir ki, naşükür və çoxlu küfr edəndir. O kəsdir ki, çoxlu günaha batar.
Ayədən çıxartdığımız nəticələr:
- İslam dini insanın fərdi və ibadət məsələlərinə dqqət etdiyi kimi, iqtisadi məsələlərinə də diqqət edir.
- Namazla zəkat ona görə saleh əməldən sonra bəyan olunub ki, yaxşı işlərin arasında bu ikisinin hesabı başqadır.
- Yaxşı əməl sahibləri pis əməl sahiblərindən sonra təşviq olunur və bu, bir tərbiyəvi yoldur.
- Aqil insan gərək təkcə bu gün əlində olanlara diqqət etməsin, bəlkə Allahın yanında olan gələcək sərmayəsini də düşünsün. (Yəni, infaqı).
- Allah Təala saleh əməl, namaz və zəkat əhli olan möminlərə xüsusi diqqət edir.
- Həqiqi hüzur Allaha olan imanın və saleh əməlin sayəsində olar.
- Hüzur amilləri: iman, saleh əməl, namaz və zəkatdır.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    mən · 1 Dekabr 08:3760

    Allahın Peyğəmbəri (s):«Allah-taala sələm alana, sələm verənə, onu yazana (qeyd edənə) və onun şahidlərinə Lənət etmişdir.» Allahın Peyğəmbəri (s):«Merac gecəsi elə bir xalqın üzərindən keçdim ki, onların ev böyüklüyündə və içində kənardan görünən ilanlar olan qarınları var idi.»Soruşdum:«Ey Cəbrayıl! Bunlar kimlərdir?» Dedi:«Bunlar sələm yeyənlərdir.» İmam Baqir (ə):«Ən çirkin qazanc sələmdir» İmam Sadiq (ə):«Sələm yeyən, yalnız şeytan onu dəli etdikdən sonra dünyadan köçər.» İmam Sadiq (ə):«Bir dirhəm sələm, Allahın yanında yetmiş dəfə öz mərhəmətləri ilə Allahın hörmətli evi Kəbədə zina etməkdən daha ağır günahdır.»

    Cavab yaz
  • Anonim
    mən · 1 Dekabr 08:3950

    İmam Əli (ə):«Ey insanlar! Əvvəl əhkam, sonra ticarət! Allaha and olsun, bu ümmətin arasında sələm qara daşın üzərində gəzən qarışqadan daha gözəgörünməzdir.» İmam Əli (ə):«Dinin hökmlərini bilmədən ticarət və qazancla məşğul olan özünü sələmin uçurumuna atmışdır.»

    Cavab yaz
  • Anonim
    mən · 1 Dekabr 08:4060

    Sələmi halal bilən sələmxor Allahla müharibəyə çıxmışdır Quran: «Ey iman gətirənlər! Əgər möminsinizsə, sələmdən gələn gəliri tərk edin. Belə etməsəniz, Allaha və onun Peyğəmbərinə müharibə elan etmiş olarsınız. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.»

    Cavab yaz
  • Anonim
    Alimardan · 1 Dekabr 12:0530

    Burda yazilan 4 desteden elave bir deste de men elave eliyim olsun 5. O desteki iman getirmeyibler ve bunu heyasizcasina beyan eliyirler, bunlar yaxsi isi ancag göze soxmag, gaxinc ucun ederler, mes. Burda bir ikisi var, ozleri bildiler kimi deyirem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.