Cəmiyyət

Reklamlar beynimizə necə təsir edir? - HƏKİM MƏSLƏHƏTİ

31 Yanvar 2015 22:06
0 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Reklam insanların sağlamlığına, dincliyinə, rahatlığına deyil, YIRTICI BİZNESİN qara maraqlarına xidmət edir. Reklam güclü dağıdıcı qüvvədir, onu beyində partlayan qumbara ilə müqayisə etmək düzgün olar.

Milli.Az modern.az-a istinadən bildirir ki, qeyri-normal, qeyri-insani bir formada, eybəcər səslərlə tələffüz edilən "geydirmə cümlələr" sinir mərkəzini qıcıqlandırır, eyni reklamın bir-iki dəqiqə ərzində bir neçə dəfə, özü də çox həyasızcasına təkrarlanması əsəb sistemini tamam korlayır, dinləyicini tabdan çıxarır. Bu halda qanın rəngi qaralır, qan qatılaşır, laxtalanma güclənir, qan dövranı çətinləşir, bu da gətirib ona çıxardır ki, tamaşaçının əhvalı pozulur.

Reklamlara çox baxan adamların əsəbi, teztab olması, onları ətalət basması məhz bununla izah edilməlidir.

Bu gün pul dalınca qaçan biznesmenlər, reklam agentliklərinin işçiləri, radio və televiziya əməkdaşları bilməlidirlər ki, eybəcər reklamlarla korladıqları dözülməz mühitdə elə onlar özləri, övladları, yaxınları da boğulur və sağlamlığını itirir.

Reklamla bağlı daha bir həqiqət. Nəzərə almaq lazımdır ki, heç vaxt sağlamlığa və xoşbəxtliyə xidmət edən qidalar və vərdişlər reklam olunmur - sağlamlığın sponsoru yoxdur,- yalnız orqanizmi zəhərləyən qidalar və vərdişlər geniş təbliğ olunur - bunların Yırtıcı Biznes kimi qüdrətli sponsoru var. Hansı qida, hansı vərdiş daha güclü dağıdıcı qüvvədirsə, o da daha güclü təbliğ olunur.

Nə etməli? Çarə var. Birincisi, reklamlar başlayan kimi TV-ni söndürün, ya da heç olmasa, səsini kəsin. İkincisi, reklam olunan qidaları almayın, belə klinikalara getməyin, təriflənən dərmanlara yaxın durmayın. Reklam olunmayan qidalara və vərdişlərə üstünlük verin. Sizi aldadıb, cibinizə girən işbazların sizi zəhərləməsinə yalnız "İMTİNA" silahı ilə son qoya bilərsiniz.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.