Cəmiyyət

65-25 nömrəsindən gələn təhlükə - Bu mesajlara diqqət! - VİDEO

28 Oktyabr 2016 22:42
0 Şərh     Baxış: 6 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

65-25-dən tanışlıq məzmunlu mesajlar bir çoxlarının telefonuna gəlir. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bu mesajların mobil operatorlara aidiyyəti olmasa da, müəyyən insanlar operatorlardan qısa mesaj nömrələri satın alaraq anonim tanışlıq xidməti göstərirlər. Özü də iz itirmək üçün tez-tez nömrə dəyişdirirlər. Məsələn, bir müddət əvvəl belə mesajlar 96-00-dan gəlirdisə, indi 65-25 nömrəsindən gəlməyə başlayıb.

Mütəxəssislərə görə, onların bu işdə müxtəlif maraqları ola bilər: balansdan pul oğurlamaq və ya şirnikləşdirici təkliflərlə insanların inamından sui-istifadə etmək. Bununla belə, ailələrin qeyri-sağlam münasibətlər əsasında qurulmasında, qızların qoşulub qaçmalarında və hətta boşanmalarda bu səpkili mesajların böyük rolu var.

Anonim tanışlıq məqsədli mesajlar təsadüfi abunəçilərə göndərildiyindən uşaqlar və yeniyetmələr də bu tora düşə bilərlər. Bunu sübuta yetirmək üçün deyilən nömrəyə zəng etdik.

Telefonda özünü 27 yaşlı şəxs kimi təqdim edən oğlanın 16 yaşlı bir qızla tanış olmaq istəyi və hətta dərhal görüş təklif etməsi bir yana, onun psixoloji problemli biri olub-olmadığı da sual altındadır. Elə görüşə gedən qızın sonrakı taleyi kimi... Mütəxəssislər bu mesajların ağır sosial fəsadları ilə bağlı xəbərdarlıq edirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
65-25 nömrəsindən gələn təhlükə - Bu mesajlara diqqət!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.