Cəmiyyət

Sürüşmə zonasındakı yolların çəkilişi düzgün aparılmayıb - VİDEO

27 Oktyabr 2016 21:19
0 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürüşmə zonasındakı yolların çəkilişi düzgün aparılmayıb. Bu isə həmin yollarda tez-tez çökmələrə səbəb olur. Coğrafiyya İnstitutunun şöbə müdiri belə iddia ilə çıxış edib. Bəs görəsən bu iddia nə dərəcədə doğrudur? Yollar çəkilərkən bu tələblər heçmi nəzərə alınmır?

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, sürüşmə baş vermiş yolların əksəriyyətinin çəkilişində böyük səhvlərə yol verilib. Coğrafiya İnstitutunun şöbə müdiri Nəriman Paşayev belə iddia edir.

Nəriman Paşayevin sözlərinə görə, eyni problem özünü Ağsu aşrımında da göstərir. İstinad divarları olmadığı üçün bu yolda tez-tez sürüşmələr baş verir

Məsələyə münasibət bildirən ''Azəravtoyol'' ASC-nin sözcüsü Anar Nəcəfli deyir ki, yeni çəkilən yolların sürüşmə zonasına düşməsi qaçınılmazdır. Çünkü həmin ərazilərdə kifayət qədər yaşayış məntəqələri var. Yollar çəkilərkən bütün bu hallar nəzərə alınır və lazım gələn yerlərdə istinad divarları qurulur.

O ki, qaldı sözügedən yollarda istinad divarlarının olmamasına, Anar Nəcəfli deyir ki, bu yollar sovet dönəmində inşa edilib. Ancaq yenidənqurma işləri zamanı həmin ərazilərdə istinad divarlarının inşası nəzərdə tutulacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sürüşmə zonasındakı yolların çəkilişi düzgün aparılmayıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.