Cəmiyyət

"Hamı qaz balonu ilə işlədir" - Gəncədə reyd - VİDEO - FOTO

26 Oktyabr 2016 20:00
2 Şərh     Baxış: 3 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə Avtomobil Nəqliyyat ilə Sərnişindaşıma İdarəsi reyd keçirib.

ARB TV xəbər verir ki, reyd zamanı qaz balonu ilə işləyən mikroavtobuslara, sürücülük vəsiqəsi olmadan sükan arxasına oturanlara, üstəlik olmayan vahid forma və dayanacaqdan kənarda saxlanılan avtobuslara rast gəlinib.

Gəncədə qaz balonu ilə işləyən nəqliyyat vasitələri sərnişindaşımada qalmaqdadır. Baxmayaraq ki, bu təhlükəlidir və müxtəlif səviyyələrdə qadağan edilib, şəhərdaxili "QAZel" markalı nəqliyyat vasitələrində hələ də istifadə edilir.

Nofəl Məhərrəmov - sürücü: "Benzindən bu xeyr edir. Hamı qaz balonu ilə işlədir. Amma sabah çıxaracam".

Gəncə Avtomobil Nəqliyyat ilə Sərnişindaşıma İdarəsinin şəhərin Heydər Əliyev prospektində keçirdiyi reyd bu kimi digər halları da üzə çıxarıb.

Elnur Mahmudov - sürücü: "Forma geyinmişdim, soyuqdu ona görə də bunu geyinmişəm. Altdan paltar geyinib bunu geyinmək olar. Geyinərəm".

İctimai nəqliyyatdan istifadə edənlərin də deməyə sözü var. Sərnişinlər sükan arxasında çəkilən siqaret, danışılan telefon, edilən rəftarla yanaşı digər məqamlara da toxunublar.

İlqar Hacıyev - sakin: "Dayanacaqda saxlamaq lazımdı. Gərək nəqliyyat mədəniyyətini yüksəldək. Dəyişib müasir avtobuslar xəttə buraxmaq lazımdır. Həm şəhərin görnüşünü yaxşılaşdırmaq, həm də sərnişinlərə əziyyət verməmək lazımdır".

Qafar Kərimov - sakin: "İstəyərdik ki, köhnə mikroavtobuslar yığışdırılsın. Təzələrlə əvəz olunsun, köhnələr müasir tələblərə cavab vermir. Şəhərimiz müasirləşir, avtobuslar da müasirləşsə yaxşı olar. Bizim üçün də gediş-gəliş daha yaxşı olar".

Avtobus və mikroavtobuslardan istifadədə sərnişin məmnunluğunu təmin etmək məqsədi daşıyan reydin nəticəsi olaraq 32 qayda pozuntusu aşkar edilib. 6 nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb, 2 mikroavtobusda qaz balonundan istifadə aşkarlanıb, sükan arxasında əyləşən 4 nəfərdə sürücülük vəsiqəsinin müvafiq kateqoriyası olmayıb, 20 sürücü isə vahid geyim formasından istifadə etməyib.

Elmar Əhmədov - Gəncə Avtomobil Nəqliyyat ilə Sərnişin Daşıma İdarəsinin avtobus şöbəsinin sektor müdiri: "Bu verilən tapşırıqlara, qanunlara riayət etmək lazımdır. Sürücülərə səhər işə gələrkən onların vahid forması, üzlərinin təraş olması və sürücülər sərnişin daşıma ilə məşğul olduqda siqaret çəkməməsi və vətəndaşlarla etik davranış qaydalarına riayət etməsinin tələb edirik. Sürücülər buna əməl etməlidir. Əməl etməyən sürücünü və sahibkarı xətdən uzaqlaşdıracağıq. Onlarla müqavilə bağlanmayacaq".

Gəncədə hər gün 40 xətt üzrə 300-ə yaxın avtobus və mikroavtobus əhaliyə xidmət edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.