Cəmiyyət

“Gecələr qorxudan yata bilmirəm” - Torpaq sürüşməsi sakinləri narahat edir - FOTO

26 Oktyabr 2016 18:35
0 Şərh     Baxış: 1 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıda ard-arda baş verən sürüşmələri əhali arasında təşviş yaradıb.

ARB Şəki xəbər verir ki, İstisu kəndində dağın yamacında yerləşən torpaq uçqunları nəticəsində təsərrüfat sahələrinə ziyan dəysə də, yaşayış evlərində hələlik təhlükəli vəziyyət qeydə alınmayıb.

Kənd sakinləri isə yağıntının davam edəcəyi təqdirdə yarana biləcək təhlükədən narahatlıq keçirirlər.

Kənd sakini: "Mən gecələr evdə qorxudan yata bilmirəm. Bir taqqıltı olan kimi, qaçıram ki, görəsən, torpaq gəlir, yoxsa gəlmir".

Kənd sakini: "Düzdür, hələ ki, bizə ziyan dəyməyib. Hələ ki, təhlükə yoxdur. Amma görünür ki, olacaq".

İsmayıllı rayon FHK-dan verilən məlumata görə, artıq yağışların kəsməsi səbəbindən sürüşmənin aktivliyi dayanıb. Lakin yağıntılar davam edərsə, sürüşmənin yenidən aktivləşəcəyi ehtimal olunur. İstisu kəndinin sürüşmə zonasına Geoloji Planlama Ekspedisiyası yenidən baxış keçirib. Sürüşmənin dinamikası, dəyə biləcək ziyan, qabaqlayıcı tədbirlər və s. haqda müvafiq qurumları məlumatlandırmaq üçün araşdırmalar aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.