Cəmiyyət

Bəyənilən və bəyənilməyən göz yaşı

27 Oktyabr 2016 22:15
6 Şərh     Baxış: 6 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərimdə göz yaşlarından çox söz açılmışdır. Göz yaşı elə ola bilər ki, Allahın razılığını təmin edər və həm də elə ola bilər ki, Allahı qəzəbləndirər. Allahın razılığına səbəb olan ən yaxşı göz yaşı - İmam Hüseyn (ə) müsibəti üçün tökülən göz yaşıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan təbiəti belədir ki, bəzən gülər və bəzən də ağlayar. Əslində bu iki nemət Allahın bəndələrinə əta etdiyi bir lütfdür. "Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur". ("Nəcm" 43).
Bəzən göz yaşları Allahın qəzəbinə səbəb olur. Həzrət Yəqubun (ə) övladlarının atalarını aldatmaq üçün tökdükləri göz yaşı kimi. Göz yaşı Allah qorxusundan da ola bilər ki, bu da insanı kamala çatdırar və Allaha yaxınlaşdırar. Əgər nəfsani istəklər və Allaha itaət etməmək üçün olarsa, nəticəsi xusran olar. (Erfan)
Quranda dörd növ göz yaşına aid ayələrə rast gəlirik:
1. Sevincdən olan göz yaşı. "Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən". ("Maidə" 83).
2. Həsrət göz yaşı. "Onları (bir miniyə) mindirməyin üçün sənin yanına gəldikləri zaman, sən "sizi mindirmək üçün bir miniyim yoxdur" deyəndə (cihad yolunda) xərcləməyə bir şey tapmadıqları üçün qəm-qüssədən gözlərindən yaş axa-axa dönüb qayıdan kəslərə də (bir günah yoxdur)". ("Tövbə" 92).
3. Qorxudan tökülən göz yaşı. "Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Qur'anı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır". ("İsra" 109).
4. Aldatmaq üçün tökülən göz yaşı. "Və axşam ağlaya-ağlaya atalarının yanına gəldilər".("Yusif" 16).
İmam Hüseyn (ə) və Əhli-beytinin (ə) müsibəti üçün tökülən göz yaşı - ən üstün göz yaşıdır və insanı Allaha yaxınlaşdırar. Allah bu cür göz yaşını ibadət hesab edir. Əmirəl-möminin (ə) buyurur:"Qiyamət günü hər bir göz ağlardır və hər bir göz (qorxunun şiddətindən) ayıqdır, məgər o gözlərdən başqa ki, Allah onu Öz kəramətinə və Hüseynə (ə), Peyğəmbərin (s) Əhli-Beytinə (ə) edilən müsibətə görə ağlamağa aid etmişdir".
Bu dünya elə qurulmuşdur ki, insan öz həyatı boyu çox sayda müsibətlə üzləşir və çarəsiz qəmlənib, göz yaşı tökməyə məcbur olur. İnsanın belə anlarda təsəlliyə ehtiyacı olur. İmam Hüseyn (ə) müsibəti üçün ən yaxşı təsəlli ona və Əhli-beytinə (ə) edilən zülmə görə göz yaşı tökməkdir. Çünki bu göz yaşı dərdimizi azaldar və bizi rahatladar. Bu göz yaşı bizi nemətə küfr etməkdən saxlayar və şükür etməyə səbəb olar.
İmam Sadiq (ə) buyurur: "Hər bir nalə və göz yaşı məkruhdur, məgər Hüseyn (ə) üçün edilən nalə və tökülən göz yaşından başqa".
İmam Rza (ə) buyurur: "Göz yaşı tökənlər gərək Hüseyn (ə) kimisi üçün ağlasınlar. Çünki onun üçün ağlamaq böyük günahları tökər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.