Cəmiyyət

Bakıda Türkiyə universitetlərinin sərgisi olacaq

26 Oktyabr 2016 14:51
Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təhsil Cəmiyyəti"nin təşkilatçılığı və "Akademi Group" Xaricdə Təhsil Mərkəzinin dəstəyi ilə Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi təşkil olunacaq.

Oktyabrın 29-30-u tarixlərində 12:00-dan 17:00-dək Bakıda Hilton otelində təşkil olunan sərgidə Türkiyənin tanınmış dövlət və özəl universitetləri, həmçinin yataqxanaları iştirak edəcək.

Hər il təşkil olunan sərgidə bu dəfə də tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək, Türkiyə universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək.

Əlavə olaraq, sərgi müddətində seminarların keçirilməsi də nəzərdə tutulur.

Sərgidə İstanbul Aydın, Bahçeşehir, İstanbul Kültür, Üsküdar Universiteti kimi Türkiyənin tanınmış universitetləri iştirak edəcək.

Həmçinin Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulur. Sərgiyə qeydiyyatdan keçmək üçün qeydiyyat formunu doldurun.

https://goo.gl/forms/YvFa35dr4aKRh7ss2

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.