Cəmiyyət

"Məni yerdə sürüdü, təpiklədi, 10-15 oğlan güclə əlindən aldı" - VİDEO - FOTO

26 Oktyabr 2016 15:03
5 Şərh     Baxış: 2 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əri tərəfindən zorakılığa məruz qalan qadının ürək dağlayan hekayəsi.

Qohumları ondan imtina ediblər.

Azərbaycanda həyata keçiriləcək "Gender əsaslı zorakılıqla mübarizə layihəsi" qadına qarşı zorakılıq hallarına qarşı mübarizəyə hesablanıb.

ARB TV xəbər verir ki, aylarla həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan 3 uşaq anası qadın ailədə 9 övladdan biri olub. Ali təhsili yoxdur, orta məktəbi də yarımçıq tərk edib.

Şərti adı Aygün olan xanımla təyin olunan saatda və məkanda görüşdük. Müsahibə verəcəyini əvvəlcədən razılaşdırsaq da, Aygün çəkiliş qrupumuzu xeyli gözlətdi. Tərəddüdü anlaşılandı. 

Zərərçəkən: "Atamla anam fermada işləyirdilər. Mən də gedib onlara kömək edirdim. Bəzi vaxtlar məktəbə çatırdım, bəzi vaxtlar isə çatmırdım. Savadım olmadı".

29 yaşında ailə quran Aygünün bir qədər sonra sözün əsl mənasında qara günləri başlayıb.

Zərərçəkən: "Yerdə sürüyürdü məni. Təpiklə vurub pis günə qoydu məni. 10-15 oğlan və binada olanlar gəldilər köməyə".

Zorakılıqlara baxmayaraq həyat yoldaşı ilə yaşamağa davam edən Aygündən qohumları imtina ediblər. Onu bir şərtlə qəbul etməyə razı olublar ki, uşaqları atasına versin. Aygün isə bu addımı atmayıb. Çarəni 3 qız övladı ilə birgə sığınacaqda görüb. Aygün düşdüyü vəziyyətə savadsızlığının səbəb olduğunu anlayır.

Zərərçəkən: "İmkanım olsaydı, oxuya bilsəydim, işləyə bilsəydim, imkan verməzdim ki, balalarım belə vəziyyətə düşsünlər".

Daha çox zorakılığa məruz qalan qadınlar məhz az təhsilli və iqtisadi asılılığı olanlardır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gəldiyi nəticə də belədir. 2016-cı ilin doqquz ayında respublikada qadınlara qarşı 4552, zorakılıqla bağlı 1747 cinayət qeydə alınıb. Cinayətlərin 13 faizi (4552-dən 591-i) və ya hər səkkizincisi ailə-məişət münaqişəsi zəminində baş verir.

BMT-nin Əhali Fondu və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi" həyata keçiriləcək. 2 il müddətində davam edəcək layihə bu tip zorakılığın qarşısının alınmasına yönəlib.

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.