Cəmiyyət

Azərbaycanda ölüm halları azalar, əgər...

26 Oktyabr 2016 08:19
1 Şərh     Baxış: 1 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi tamamilə mümkündür. Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsinə qanunvericilik imkan verir və eyni zamanda, ürək transplantasiyasının bir neçə mərkəzdə aparılmasına heç bir texniki əngəl yoxdur:

"Ancaq cəmiyyətimiz sosial olaraq ürək transplantasiyasına hazır olmalıdır. Ailədən və ya yaxınlardan biri həyatını itirdiyi zaman onun üzərində ekspertizanın aparılmasına qətiyyətlə qarşı çıxırıq. Ürək transplantasiyasına əngəllərdən biri xəstəxanaların beyin ölümü kriteriyasını tanıyaraq bunu uyğun komissiyalar vasitəsilə xəstə yaxınlarına bildirməmələri ilə bağlıdır. Bir çox hallarda xəstə yaxınına beyin ölümü olduqda məlumat verməyə çəkinirlər. Beyin ölümü olduqdan sonra insandan insana köçürüləcək orqanların başında ürək gəlir. Ürəkdən başqa digər orqanların da həyatını itirmiş insanlardan köçürülməsi tədqirə layiqdir".

Deputat həmçinin qeyd edib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci sıradadır: "Bu xəstəlik Azərbaycan üçün də hər zaman aktual olub. Rəsmi statistikaya əsasən, ölüm hallarının böyük hissəsi məhz bu xəstəlik səbəbindən baş verir".

R.Mahmudov bildirib ki, əgər həyatını itirmiş insanlardan ürək və digər orqanların transplantasiyasını həyata keçirmək mümkün olarsa, təbii ki, Azərbaycanda ölüm halları azalar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.