Cəmiyyət

Bakı Apellyasiya Məhkəməsində işlər avtomatik bölünür

25 Oktyabr 2016 23:04
0 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünə başlanılıb.

Milli.Az "Report"a istinadən bildirir ki,Azərbaycan Respublikası Prezidentinin "Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında" 13 fevral 2014 -cü il tarixli sərəncamına uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsində məhkəməyə daxil olan işlərin hakimlər arasında bölgüsü avtomatlaşdırılmış qaydada aparılır.
Xatırladaq ki, bundan əvvəl işlərin hakimlərin arasında bölüşdürülməsi məhkəmə sədri tərəfindən həyata keçilirdi.
Qeyd edək ki, Prezidentin həmin sərəncama əsasən "Elektron məhkəmə" sisteminə aşağıdakılar daxil edilməlidir: ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulu; cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılması və sənədlərin elektron dövriyyəsi; məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılması; məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsi; məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılması; məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılması; işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olması; qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsi; sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik "şəxsi kabineti"nin yaradılması , məhkəmə statistikasının elektron qaydada aparılması; məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması və s. mütərəqqi yeniliklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.