Cəmiyyət

Azərbaycanda polisə yeni səlahiyyət verilib

25 Oktyabr 2016 20:57
Baxış: 4 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda daxili işlər (polis) orqanlarına qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verilib.

Milli.Az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında" fərmanda əksini tapıb.  

İndiyə qədər qanunsuz lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaqı yalnız Vergilər Nazirliyi aparıb. Dəyişikliyə əsasən bundan sonra qanunsuz lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaqı Vergilər Nazirliyi və ya daxili işlər orqanları aparacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.