Cəmiyyət

RYTN-in İranda həbs olunan əməkdaşı 4 il sonra Azərbaycana verildi - Nazir işə qəbul etdi

25 Oktyabr 2016 19:07
0 Şərh     Baxış: 2 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2012-ci il oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasına gedərkən İran sərhədində saxlanılaraq həbs edilən "Aztelekom" MMC-nin keçmiş əməkdaşı Kamal Qədirov 12 mart 2016-cı il tarixində ölkəmizə ekstradisiya edilib.

APA xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, K.Qədirov məhkəmənin qərarı ilə bəraət alıb: "Bununla da, nazir Ramin Quluzadənin tapşırığına əsasən, Kamal Qədirov Bakı Telefon Rabitəsi İstehsalat Birliyində ixtisasına uyğun işlə təmin edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.