Cəmiyyət

Bu meyvələr seks hormonlarının sayını yüksəldir

25 Oktyabr 2016 22:25
6 Şərh     Baxış: 3 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçibuynuzu

Az sayda və zəif olan spermalara güclü təsiredici vasitədir.  Keçibuynuzu spermanın sayını artırır, onların hərəkətlilik sürətini yüksəldir və gücləndirir. Spermanın baş hissəsində acrosome tərkibli enzimlərin aktivləşməsində rolu böyükdür. Keçibuynuzu sperma hüceyrələrinin nüvəsinin parçalnmasını sürətləndirir. Bunun üçün yarım litr qaynayan suya 6-7 ədəd keçibuynuzu atılır və 3-5 dəqiqə qaynadılır. Qaynayan zaman qabın ağzı örtülü, ocağın istisi isə zəif olmalıdır. Dəmləmə 20 dəqiqə sonra içilir. Bu dəmləmə 3 ay boyunca hər gün yatmazdan əvvəl içilməlidir.

Çiyələk

Milli.Az immunitet.az-a istinadən bildirir ki, çiyələk E vitamini ilə zəngindir. E vitamini spermanın miqdarının artılılmasında vacib sayılan vitaminlərdəndir. Bu səbəbdən çiyələk sperma sayını artıran və onların hərəkətliliyini bərpa edən qidalardan hesab edilir.Onun təsirini görmək üçün uzun müddət gündə 2 stəkan çiyələk yemək lazımdır.

Avokado

Bu möcüzəli və şəfalı meyvə həm müxtəlif xəstəliklərin, həm də cinsi zəifliyin aradan qalxmasına yardım edir. Avokado seks hormonlarının sürətini yüksəldir və onların miqdarını artırır. Cinsi inkişafı zəif olan kişilərə həftədə ən azı 3 ədəd avokado yemək məsləhət görülür.

Zəncəfil

Elm dünyası zəncəfilin faydalarına heyran qalıb. O orqanizmi isidir, kişilərdə ereksiyanın əmələ gəlməsini sürətləndirir və spera sayını artırır. Orqanizmə təsir etməsi üçün həftədə azı 4 dəfə yarım çay qaşığı zəncəfil südə və ya suya qatılıb içilməlidir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.