Cəmiyyət

Bir məktəbin verdiyi sənədləri digəri qəbul etmir - VİDEO

24 Oktyabr 2016 22:10
0 Şərh     Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil aldığı məktəbi dəyişmək istəyir, lakin bir tədris ocağının verdiyi sənədləri digəri qəbul etmir.

Cəlilabadın Dələli kənd sakini, 8-ci sinif şagirdi Ceyran Rüstəmzadənin valideynləri bir sıra fənnlər üzrə müəllimlərin olmaması səbəbindən yeni tədris ilinin əvvəlində onu qonşu kənd məktəbinə göndərmək istəyiblər. Lakin getdikləri məktəb əvvəlki tədris ocağının verdiyi sənədlərin qaydasında olmadığını əsas gətirərək Ceyranı götürməkdən imtina edib. Bildirilib ki, Şəxsi işində onun 2- ci sinifdən sonra sinifdən-sinfə keçməsini təsdiqləyən möhürlər yoxdur.

Valideynnin sözlərinə görə, Ceyranın təhsil aldığı orta məktəbin direktoru tədris ocağında bir neçə fənnin üzrə ixtisaslı müəllimlər olmadığı üçün sənədi möhrüləməkdən imtina edib.

Milli.Az xəbər verir ki, Cəlilabad rayon təhsil Şöbəsindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ ilə bağlı Valideyn Rafət Rüstəmov təhsil şöbəsində olub. Ona Qızına məxsus səndlərin möhürlənməsi təklif olunsa da, bunala razılaşmayıb. Qurumdan o da bildirildi ki, Şagird Ceyran Rüstəmzadənin təhsilinin davam etdirilməsi üçün sənədlər tez bir zamanda qaydasına salınacaq və o təhsilini davam etdirəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bir məktəbin verdiyi sənədləri digəri qəbul etmir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.