Cəmiyyət

Sosial şəbəkələrdə intim elanları kim verir? - VİDEO

24 Oktyabr 2016 21:58
0 Şərh     Baxış: 2 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrin geniş kütlələrə çıxış imkanından süi-istifadə halları əxlaqsız səviyyəyə çatıb. Saxta profillərlə əxlaqsız xidmətlər təklif edərək istifadəçiləri tora salırlar.

Cinsi istismara zəmin yaradan bu elanlar insanların ayrılmaz məşğuliyyətinə çevrilən sosial şəbəkələrdə ehtiyatın önəmini daha da artırır. Bəs insan alveri də ola bilən belə elanlara nəzarət edilirmi? Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş idarəsinin şöbə müdiri İlkin Qurbanov bildirir ki, bütün sosial şəbəkələr, eləcə də digər internet saytlarındakı məlumatlar daimi monitorinq edilir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, baş idarənin şöbə rəisi bütün belə elanların heç də hamısının insan alveri olmadığını deyir.

Bəzən isə belə elanlar insanları aldatmaq məqsədi daşıyır. Şəxs dəvət edilən ünvana gedəndə həmin şəxsi bir otağa salıb önünə müxtəlif yemək-içmək düzürlər və onun 300-400 manat borcu olduğu deyirlər. Daha sonra isə həmin şəxsə zorakılıq tətbiq etməklə özündən və ya dostlarından bu pulu geri alırlar. Digər üsul isə şantajdır. Bunu edənləri 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Vəziyyət sosial şəbəkələrdə şəxsi məlumat və şəkillərin paylaşılması zamanı diqqətli olmağı vacib edir. Saxta profillər belə məlumat və şəkilləri əldə edərək arzu olunmaz şəkildə istifadə edə bilər.

İnsan alverinin qurbanı olmaq təhlükəsi ilə üzləşən, eləcə də belə cinayətlərlə bağlı məlumat sahibi olan şəxslər isə İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsinin 24 saat fasiləsiz fəaliyyət göstərən 152 saylı qaynar xəttinə zəng edərək məlumat verə bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sosial şəbəkələrdə intim elanları kim verir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.