Cəmiyyət

"jAzzeri Bands" adlı konsert keçirildi

24 Oktyabr 2016 07:09
0 Şərh     Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Sarayında istedadlı gənc yerli caz ifaçılarının konsert proqramı keçirildi.

Milli.Az bildirir ki, "jAzzeri Bands" caz musiqisi axşamında Mikayıl Rəfiyev və Excellent Music Band, Diana Hacıyeva, Cəmilə Haşımova və Jazzers Band, Freedom Band iştirak etdilər.

Caz ifaçıları konsertdə öz repertuarlarından sevilən caz musiqiləri və yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirdilər.

Konsertin informasiya dəstəyi Trend.az, Day.Az və Milli.Az-a məxsusdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.