Cəmiyyət

Rossiya 24: Bakı təzadlar şəhəridir - VİDEO

23 Oktyabr 2016 19:09
3 Şərh     Baxış: 2 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Rossiya 24" informasiya telekanalının aparıcısı Andrey Şlyapnikovun verilişi "Деловое путешествие"("İşgüzar səfər") proqramında Azərbaycanla bağlı reportaj təqdim olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, veriliş bütünlüklə Azərbaycana həsr olunub.

Verilişin əvvəlində aparıcı tamaşaçılara Azərbaycanın paytaxtını təqdim edərək Bakını təzadlar şəhəri adlandırıb.
Proqramda ölkəmizin zəngin tarixi-mədəni irsindən, turizm imkanları haqqında danışılıb.

Reportajda həmçinin, "İçərişəhər"in tarixi abidələri haqqında məlumat verilib.

Proqramın aparıcısı eləcə də Qəbələ, Şəki kimi şəhərlərdə, "Şahdağ" turizm və "Qalaaltı" tibbi-sağlamlıq kompleksində olub.

Andrey Şlyapnikov Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirildiyini, habelə nüfuzlu idman yarışları - "Formula 1", Avropa oyunları, Ümumdünya şahmat olimpiadasının keçirilməsindən bəhs edib. O, həmçinin qeyd edib ki, 2017-ci ildə Bakıda IV islam Həmrəylik Oyunları və daha bir mötəbər idman yarışı Avro-2020-nin 1/4 mərhələsinin görüşləri keçiriləcək.

Jurnalist idmandan başqa, Azərbaycan mədəniyyəti və milli mətbəxi barədə də ətraflı məlumat verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Баку - город контрастов -

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.