Cəmiyyət

Bu, insanlıq cinayətidir - VİDEO - FOTO

22 Oktyabr 2016 16:24
2 Şərh     Baxış: 4 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər 7 saniyədə 1 azyaşlı qız zorla evləndirilir

Doğuş zamanı ölümlər, xəstə uşaqlar, intiharlar. Dünya bu problemin həllinə çalışır.

ARB TV-nin "Pəncərə" verilişində maraqlı süjet yayımlanıb.

İnsanların həyatını oğurlamaq iki cür olur. Ya onu fiziki olaraq öldürmək, ya da mənəvi olaraq məhv etmək. 2-ci cinayətin çox dəhşətli qurbanları var. Hələ həyatını məhv etdiyin o insan uşaqdırsa və sənin doğmandırsa, dəhşətin miqyası böyüyür.

Valideynləri tərəfindən zorla ailə qurmağa məcbur edilən azyaşlıların sayı milyonlarladır. Erkən nikah kabusu - bəşəriyyətin sosial xərçəngidir. Sağalmaz bir bəla olaraq qalan bu problem dünyanı həm ağrıdır, həm də təəccübləndirir. 

Axı bir valideyn 14-12-10, hətta 8 yaşlı bir qızcığacın məsum uşaqlığını necə yatağa daşıya bilər? Bir övladın uşaqlığı onun fitri oyuncağıdır. Bu oyuncağı alıb əvəzində ona o yaşında çəkə bilməyəcəyi qadın ömrünü bəxş etmək insanlıq adına cinayət deyilmi?

Bu cinayətin tükürpədici statistikası açıqlandı. "Uşaqları qoruyaq" adlı humanitar təşkilat haray çəkir: dünyada hər 7 saniyədə yaşı 15-ə çatmayan bir qız uşağı ailə qurmağa məcbur edilir. Hər il təxminən 16 milyon yeniyetmə qız ana olur. 

Gəlinciklə oynamalı olduğu halda gəlinə çevrilən bu qurbanlara daha çox Əfqanıstan, Yəmən, Hindistan və Afrika ölkələrində rast gəlinir. Erkən nikaha səbəb kimi yoxsulluq, nəsillərarası savaş, milli adətlər və s. göstərilir.

Ailə qurmağa məcbur edilən uşaq və yeniyetmə qızların sonrakı taleyi ya intihara, ya xəstə övlad doğumuna, ya da doğuş zamanı ölümə gətirib çıxarır.

Bir sözlə, övladına qarşı bu cinayəti işlədən insanlar bütün hallarda onları öz əlləriylə bədbəxtliyə təhvil vermiş olur. 

Videonu izləmək üçün şəklə klikləyin:
Bu, insanlıq cinayətidir

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.