Cəmiyyət

Xalq artistinin oğlu həlak oldu - YENİLƏNİB - FOTO

22 Oktyabr 2016 16:51
12 Şərh     Baxış: 15 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:51

Xalq artistinin oğluna səbəb olan sürücünün kimliyi bilindi.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 21-də saat 01 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Xankişi Xankişiyev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən həmyerlisi Rəşad Zöhrabovu vurub.

Xəstəxanaya yerləşdirilmiş R.Zöhrabov ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

----------

09:54

AzTV-nin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı AzTV-nin əməkdaşı Ruslan Həsənov sosial şəbəkədəki səhifəsində yazıb. Qeyd edib ki, hadisə oktyabrın 20-də axşam saatlarında baş verib. 

Yolu keçmək istəyən Rəşad Zöhrabovu avtomobil vurub. Həkimlərin müdaxiləsinə baxmyaraq, o, bir gün sonra müalicə aldığı xəstəxanada keçinib. Dünyasını dəyişən rejissorun dörd övladı var. 

Ruslan Həsənov bildirib ki, mərhumla vida mərasimi Təzə Pir Məscidinin "Vida" zalında olacaq. 

---------

08:07

AzTV-nin xəbərlər departamentinin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun iş yoldaşları veriblər. Rejissoru oktyabrın 20-si axşam saatlarında maşın vurub. Rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb. O, oktyabrın 21-si axşam saatlarında dünyasını dəyişib.
 
Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.
 
Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var.
 
Rəşad Zöhrabov bu gün Buzovna qəbiristanlığında da dəfn ediləcək.

Allah rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.