Cəmiyyət

Gözün altındakı qırışlar yox etmək üçün - MASKA

21 Oktyabr 2016 20:26
3 Şərh     Baxış: 7 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gözlərin altı daha həssas dəriyə malik olduğu üçün, vaxtından əvvəl qırışır.

Milli.Az atv.az-a istinadən sizə  bu cür qırışların qarşısını alan bir neçə maska təqdim edir:

Portağal maskası

1 yumurta sarısı

1 x.q zeytun yağı

2 x.q portağal suyu

1 ç.q  bal

Hazırlanması:

Portağalın şirəsini sıxın. Yumurta sarısını balla ovun, sonra yaxşı qarışdırın. Daha sonra sıxdığınız portağal şirəsini və zeytun yağını əlavə edin. Gözlərinizin ətrafına çəkin.

10-15 dəqiqə maskanı saxlayın ,  sonra istifadə olunmamış (təzə )sabunla üzünüzü yuyun.

Yerkökü maskası

1 kök

2 x.q kartof nişastası

1 yumurta sarısı :

Kökü blendrdə xırdalayın və ya sürtkəcin xırda gözündən keçirin. Yerkökü kütləsinə yumurta sarısını və kartof nişastasını əlavə edin.

Quru dəriyə sahib olanlar isə 1 ç.q zeytun yağıda əlavə edə bilərlər. Hazır maskanı gözlərin ətrafına vurun. 20 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.