Cəmiyyət

Pudra təhlükə mənbəyi ola bilər

22 Oktyabr 2016 19:50
2 Şərh     Baxış: 3 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər  bir  qadın  üz  və  bədən  üçün  kosmetik  vasitələrin   istifadəsi  zamanı  onlardan  necə  istifadə etməyi  bilməlidir. Yoxsa  kosmetik  vasitələr  onun  üçün  təhlükə  mənbəyi  ola  bilər. Ən  çox kosmetikanı  qadınlar  işlətdiyi  üçün  onlar  kosmetik  vasitələrdən  düzgün  istifadə  etməyi bilməlidirlər. Çünki yanlış  seçim  edib  və  ondan  düzgün  istifadə  etmədikdə  müxtəlif  dəri xəstəlikləri  yarana  bilir. Dəri  üçün  patologiya  yarada  biləcək  vasitələrdən  biri  də  pudradır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, pudra  seçərkən  onun  keyfiyyətinə  mütləq  diqqət  yetirilməlidir. Pudradan  istifadə  etməmişdən əvvəl  dəriyə  yüngül nəmləndirici krem  sürtülməlidir. Bu  pudranın  tərkibindəki  tozcuqların  dəri məsamələrinə   daxil   olub  allergiya  əmələ  gətirmənin  qarşısını  alır. Bundan  başqa  dəri məsamələrinə  girmiş  pudra  tozcuqları  oranı  qıcıqlandırıb  dəridə  iltihabi  proseslərin  əmələ gəlməsinə  səbəb  ola  bilir.
Alınan  pudraya  diqqət  yetirmək  lazımdır. Əgər  pudra  dəriyə  sürtüldükdən  sonra  yaxşı  oturursa, onu  keyfiyyətli  pudra  saymaq  olar.
Pudra  seçərkən  onun  rənginin  tonuna  və  qatılığına  diqqət  yetirmək  lazımdır.
Unutmaq  lazım  deyil  ki, pudra  dəridəki  ləkələrin  üzərini  ötrmək  üçün  vasitə  deyil.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.