Cəmiyyət

Yüngül yanıqlar necə müalicə edilir?

22 Oktyabr 2016 23:20
2 Şərh     Baxış: 6 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüngül yanıqların müalicəsində ən çox edilən səhvlərdən biri, yaranın üzərinə dərhal buzun qoyulmasıdır. Buz yanığın səbəb olduğu ağrını yüngülləşdirmək əvəzinə dəri toxumalarına zərər verir. Buz əvəzinə su kranını açıb əlinizi 4-5 dəqiqə soyuq suyun altında saxlamaq daha doğru olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yanan yeri kranın altında soyuq suda saxladıqdan sonra gün ərzində ağrının artdığı zamanlarda yenə soyuq su dolu bir qabda 5-10 dəqiqə saxlaya bilərsiniz. Bunu yanıq yarandıqdan sonra ən çox 20 dəqiqə içərisində etməyə çalışın. Bəzən yalnız soyuq su müalicəsi yanığın ağrısını yüngülləşdirmək üçün kifayət edə bilər.
 
Əgər ağrılar davam edirsə, aloe bitkisinin özünü və ya kremini sürtə bilərsiniz. Aloe vera həm ağrıları yüngülləşdirir, həm də şişkinliyi azaltmağa kömək edir.
 
Yanıq zamanı yumurta ağı, zeytun yağı və kərə yağı istifadə etməyin. Yaralara toxunmadan əvvəl əllərinizi yuyun. Əgər imkanınız varsa, əlcək istifadə edin. Yanığa müdaxilə etməyin. Su toplanıbsa, onları partlatmayın. Yanıq yaxşılaşdıqca qaşınır. Qəti şəkildə qaşımayın.
 
Siqaret çəkməyin. Siqaret çəkmək qan miqdarını azaldır və toxumaların bərpasını ləngidir.
 
Yeni yaxşılaşmış yanıqlar istiliyə qarşı həssas olur. Həmçinin yaxşılaşmaqda olan yanıqlar soyuqdan da qorunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.