Cəmiyyət

Diqqət! Mineral suları stəkanla içməyin

23 Oktyabr 2016 19:20
7 Şərh     Baxış: 5 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər mineral sudan istədiyimiz faydanı əldə etmək üçün stəkanda içməyin əleyhinədirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mineral su bədəndəki maye tarazlığının təmin olunmasında da mühüm rol oynayır. Ancaq bütün bu faydaların təmin etməsi üçün mineral suyun stəkanda deyil, şüşə butulkasında istehlak edilməsini tövsiyə edirlər.
 
Belə ki, orqanizminiz gün ərzində hərəkətlə və ya müxtəlif səbəblərə görə, maye ilə mineral ifraz edir. İtirdiyinizi gündə ən azı 2 butulka mineral su içməklə bərpa edə bilərsiniz. Şüşəsində istehlak edilən mineral su qapağı açılanda hər hansı bir qabarcıqlaşma meydana gəlmir. Ancaq stəkana süzüləndə hədsiz köpüklənmə nəticəsində mineral sudakı qazın (Co2) uçmasına səbəb olur. Bunun səbəbi isə stəkanların kifayət qədər steril olmamasıdır.
 
Mütəxəssislər mineral suyun faydalı olması üçün tamamilə gigiyenik və ərzaq standartları əsasında xüsusi istehsal olunan şüşə butulkalarda istehlak edilməsini tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.