Cəmiyyət

Susuzluq yaddaşın zəifləməsinə səbəb olur

23 Oktyabr 2016 19:40
1 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyat mənbəyi olan suyu kifayət qədər qəbul etməmək yaddaş pozuntuları və diqqət dağınıqlığı kimi problemlərə yol açır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ekspertlər bu barədə ətraflı məlumat vermişdirlər: "Bədəndəki bütün sistemlər, orqanlar və hüceyrələr kifayət qədər su olmadan funksiyalarını davam etdirə bilmir. Qan dövranı da birbaşa bu sistemlə bağlıdır. Susuzluq nəticəsində qan dövranı pozulur və beyin zəifləyir. Beləliklə yaddaş itkisi ilə rastlaşırıq."
Mütəxəssislər bədən mayesinin cüzi olaraq 2% azalmasının belə yorğunluq, yaddaşda yüngül qüsurlar, diqqəti toplamaqda və görülməli işi yerinə yetirməkdə çətinliklərə səbəb ola biləcəyini qeyd edərək gündəlik olaraq ən azı 2 litr su içilməsininin vacibliyini vurğulayırlar.
 
Bu səbəbdən də, suyun həyatınızda olan önəminin fərqində olun və gündəlik normada qəbul edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.