Cəmiyyət

Yuxuya getməyinizə kömək edən qidalar hansılardır?

23 Oktyabr 2016 19:10
2 Şərh     Baxış: 2 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Banan

Aptekdə yuxunuzu gətirəcək bir dərman axtarırsınızsa, dərhal əlinizi çəkin və meyvə satıcısına gedin, çünki banan ən yaxşı yuxu dərmanlarından biridir. Serotonin və melatonindən başqa maqnezium da ehtiva edən bu meyvə, əzələləri sakitləşdirir və sizin yuxuya getməyinizə köməkçi olur.
 
Çobanyastığı çayı
Milli.Az deyerler.org-a istinadən bildirir ki, sakitləşdirici xüsusiyyəti sayəsində bütün gərginliklərdən sizi azad edən bir vasitə olaraq çobanyastığı çayı içə bilərsiniz. Həyəcanlı, gərgin və əsəbi olduqda çətin yatırsınız. Bu səbəbdən də, çobanyastığı çayını için və gözəl bir yuxuya hazırlanın.
 
Kartof
Az miqdarda sobada bişirilmiş kartofun yaxşı bir gecə yuxusuna yardımçı olacağını bəlkə daha əvvəl eşitməmisiniz.
Katof həqiqətən də yuxu gətirir. Təsiri artırmaq üçün südlə qarışdırıb püre kimi yeyə bilərsiniz.
 
Badam
Qəlbinizin dostu olan badamı hər gün istehlak etməyə diqqət yetirin. Ancaq yuxu üçün qeyri-adi təsir istəyirsinizsə, bir ovuc yeyə bilərsiniz. Həm triptofan ehtiva edən, həm də kalsium ehtiva edən badam, əzələlərinizin yaxşılaşmasına yardımçı olacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.