Cəmiyyət

Zabratda insanlar çətin vəziyyətdə: "Ayaq yoluna belə gedə bilmirik" - FOTO

18 Oktyabr 2016 16:53
7 Şərh     Baxış: 5 531

İki gün davam edən yağış Bakıda ciddi fəsadlar yaradıb.

Yağış suları tək yolları keçilməz etməyib, həm də evlərin içinə kimi yol tapıb. Bu mənada Sabunçu rayonu Zabrat qəsəbəsində vəziyyət daha acınacaqlıdır. Sakinlərin Milli.Az-a göndərdiyi şəkillərdən də aydın olur ki, aramsız yağışlar nəticəsidə küçələrdə nəinki böyük kanal yaranıb, evlərin həyətlərində göllər formalaşıb, hətta mənzillərin döşəmələri də su altında qalıb.

Tədbir görən isə yoxdur, söhbər aidiyyəti dövlət qurumlarından gedir.

Qurbanovlar ailəsi deyir ki, əvvəllər yaşadıqları 2-ci Zabrat, İstixana Kombinatında nasoslar işləyirdi, hansı ki, belə yağışlar olanda onların vasitəsi ilə sular kanalizasiya sisteminə vurulurdu: "Son zamanlar isə nasoslar işlərmir və nəticədə belə mənzərə yaranıb. Heç kim də məşğul olmur, şikayət etmədiymiz yer qalmayıb - "Azərsu", FHN, Sabunçu Rayon İcra Hakimiyyəti, bələdiyyə. Tədbir yoxdur. Evdən çıxıb ayaqyoluna belə gedə bilmirik".

Yağışdan sonrakı Zabratın görüntülərini təqdim edirik:

Ömər
Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

7 Şərh:

  • Anonim
    ****** · 18 Oktyabr 2016 17:0500

    HÖRMƏTLİ CƏNABLAR SU AXAR CUXURUNU TAPAR--ƏGƏR CUXUR YOXDURSA --FİKİRLƏŞİN.

    Cavab yaz
  • Anonim
    ZABRAT SAKİNİ · 18 Oktyabr 2016 17:0700

    İndi təsəvvür edin ki.hər gün bu yoldan körpələrimiz məcburi keçib getməlidilər məktəbə.kanalizasiya sistemi yoxdur.camaat quyu qazdirir.quyu da bu sularla dolur.məcburuq ayda 20 manata suyu çəkdirək.hələ bu azmış kimi.taksiyə mindiksə küçəmizə gəlmir.yola qədər gəlir.ordan özümüz gəlirik.küçə palçıq.su maşınlar gəlmir.Təcili yardim küçəyə girə bilmir.bu çarəni kim yapacaq

    Cavab yaz
  • Anonim
    Zabratlı · 18 Oktyabr 2016 17:1300

    Kanalizasiya sistemi olmayanda belə olacaq də. Neçə il bundan qabaq yolu qazdılar, trubalar gətirdilər ki, bəs kəndə kanalizasiya çəkilir, sonra yenidən qazdılar ki, trubalar keyfiyyətsizdir və o gedən getdilər. XXI əsrdə yaşayırıq, Bakı kəndlərində kanalizasiya sistemi, su yoxdur, çox kəndlərdə hələ də suyu maşınlardan alırlar, bu biabırçılıqdır, kəndin içindən arx vasitəsilə çirkab sular axıdılır, son dayanacaq isə məzarlıqdır, müqəddəs bir yer. Zabrat kəndinə ümumiyyətlə baxan yoxdur, neçə illərdir bu kənddə heç bir inkişaf yoxdur, elə bil bu kənd cəzalandırılıb!

    Cavab yaz
    • Anonim
      Sirli Melek · 29 Noyabr 2016 14:3200

      Allah komek olsun. Sabuncu rayonu Icra bascisi ancaq yuksek mertebeli evler tikmekle mesguldur Razinde.

      Cavab yaz
  • Anonim
    Zeyneb A. · 18 Oktyabr 2016 17:4500

    Dehşet.Mesopatamiyada eramızdan evvel şeher salanda,ilk iş kanalizasiy sistemi olub.Neçe min il evvel insanlar bunu en önemli iş sayıblar.İndi bu nsanları bu veziyyete niye salıblar?Onlara bu zülmü yaşatmağa kimin.haqqı var?

    Cavab yaz
  • Anonim
    Re · 18 Oktyabr 2016 20:4100

    Hani belediyesi, Hani icrasi???? Hemen suya bir mashin kubik tok srazu gelib kesdirecekler bashivin ustun. Amma bele gunde yoxa chixirlar. Soz de sorysh deyecek problem yoxdur. Gorum icra, belediye bele sulardan eziyyet cheksinler. Zabrat sakini.

    Cavab yaz
  • Anonim
    Tural ismayilov · 7 Noyabr 2016 14:5500

    ha ha ha

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.