Cəmiyyət

Bakıda qəndin içindən görün nə çıxdı - VİDEO

1 Oktyabr 2016 22:14
8 Şərh     Baxış: 4 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tikintidə işləyən ustalar aldıqları qəndlə çay içərkən gördükləri mənzərə qarşısında şoka düşüblər. Qəndin içindən sellofan parçaları çıxıb. Hadisə Bakıda hündürmərtəbəli binalardan birində işləyən ustaların başına gəlib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, qəndləri bir-birinə bağlayan sellofan parçasıdır. Bakıda qəndin içindən sellofan çıxıb.

Faktı, Xətai rayonu Məhəmməd Hadi küçəsində tikintidə işləyən ustalar aşkar edib. Cəmil Quluzadə səhər işə gələrkən yaxınlıqdakı marketlərdən birindən kiloqramla qənd alıb. Nahar fasiləsində o, həmkarı ilə çay içərkən qəndin içindən sellofan parçaları aşkar edib.

Ustanın da dediyi kimi, əgər bunu görməyib çayla içən şəxs istənilən xəstəliyə düçar ola bilər. Amma görünür üzərində heç bir şirkətin adı olmayan qida məhsulu hansısa kiçik sexdə istehsal olunub.

Cəmil Quluzadə həmin qəndi özündə saxlayır ki, mağaza sahibinə versin. Ancaq bənzər halla üzləşən təkcə o deyil. Əvvəllər də qəndin içindən sümük qırıqları və əhəng parçası aşkar edilib. Görünən odur ki, istehsalçı şirkətlər hələ də gəlir həvəsini məsuliyyət hissi ilə balanslaşdıra bilmir. Yəqin sahibkarın öz süfrəsində bənzər mənzərə ilə üzləşməsini gözləməliyik. Təbii ki, öz istehsal etdiyi məhsulu alırsa.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda qəndin içindən görün nə çıxdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.