Cəmiyyət

Abşeronda şagird intihar edib, yoxsa yıxılıb?

1 Oktyabr 2016 07:15
3 Şərh     Baxış: 1 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonu Təhsil Şöbəsi şagirdin intihara cəhdi ilə bağlı məlumata münasibət bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Təhsil Şöbəsinin mətbuat katibi Anar Nağıyevin verdiyi məlumata görə, Abşeron rayonu 2 saylı orta məktəbin 6-cı sinif şagirdi Nuriyev Zahid məktəbin yaxınlığındakı futbol meydançasının hasarına çıxarkən yerə yıxılıb. 

"Ayağından xəsarət alan Z.Nuriyev 1 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdirilib. Vəziyyəti normaldır. 2 saylı orta məktəbdə intihara cəhd olmayıb", - deyə  A. Nağıyev bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.