Cəmiyyət

Azərbaycanda 22 yaşlı qız əməliyyatdan sonra öldü

30 Sentyabr 2016 23:25
16 Şərh     Baxış: 8 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl Göygöl rayon Mərkəzi Xəstəxanasında appendisit əməliyyatı keçirən 22 yaşlı qız dünyasını dəyişib.

Milli.Az report.az-a istinadən bildirir ki, Samux rayon Navağalı kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədova Turanə Xalıq qızının vəziyyəti evə buraxıldıqdan bir neçə gün sonra qəfil pisləşib və o, yaxınları tərəfindən ağır vəziyyətdə Gəncə şəhər 1 Saylı Abbas Səhhət adına Xəstəxanaya aparılıb.

Həkimlər tərəfindən appendektomiyadan sonrakı absez diaqnozu qoyulan xəstə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Cərrah həkim Səfər Əkbərov tərəfindən əməliyyat yarasında çirklənmə yaranmış xəstəyə dərhal tibbi yardım göstərilib, daha sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bütün səylərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.