Cəmiyyət

Mənzili qeydiyyatsız olanlara ŞAD XƏBƏR! - VİDEO

30 Sentyabr 2016 22:40
1 Şərh     Baxış: 5 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq sadəcə torpaq üzərində mülkiyyət hüququ olanlardan orada tikdirdikləri evi asanlıqla sənədləşdirə biləcəklər. Bununla bağlı Milli Məclisdə komitə səviyyəsində qanuna müvafiq dəyişikliklər qəbul edilib. Amma bir sıra istisnalar da var.

Sənədsiz tikililərin qeydiyyatı ilə bağlı mühüm qərar qəbul edilə bilər.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna dəyişikliklər təklif edilir. Parlamentin İqtisadi Siyasət sənaye və sahibkarlıq komitəsi tərəfindən irəli sürülən yenilik tikililərin sənədləşməsi ilə bağlı çətinliklərə son qoya bilər

Müşahidələr göstərir ki, paytaxt Bakıda, xüsusilə ətraf qəsəbə və kəndlərdə torpağa dair mülkiyyət sənədləri olan, amma evə dair sənədləri qaydasında olmayan xeyli ev var. Təklifin verilməsində də məqsəd evlərin qeydiyyat prosedurunu daha da sadələşdirməkdir.

Bu zaman sual yaranır ki, bu qayda niyə məhz 2013-cü ildə qədər inşa edilmiş tikililərə aiddir, və nə üçün yalnız 12 metr hündürlüyü olan evlərə şamil edilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mənzili qeydiyyatsız olanlara - ŞAD XƏBƏR!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.