Cəmiyyət

Bakıdakı notariuslar niyə işləmir?

30 Sentyabr 2016 20:53
0 Şərh     Baxış: 1 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda fəaliyyət göstərən notariusların işində problem yaranıb.

Şəhər sakinlərinin verdiyi məlumata görə, dünən demək olar ki, bütün notariuslarda onlara xidmət göstərilməyib. Səbəb kimi sistemin işləməməsi göstərilib.

Milli.Az fins.az-a istinadən bildirir ki, yranan texniki problem "ASAN xidmət" mərkəzlərindəki noratiat xidmətlərində də müşahidə edilib. Notariusların fəaliyyətində fasilə yaranmasını Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən də təsdiqləyiblər.

Bildirilib ki, Ədliyyə Nazirliyi bununla bağlı əvvəlcədən xəbərdarlıq edib: "Elan olunmuşdu ki, notariusların işində 2 gün fasilə yaranacaq. Bu, sistemdəki texniki yenilənmə ilə izah olunub".

Ədliyyə Nazirliyinin Notariat İdarəsindən isə bildirdilər ki, bu gün notariat kontorlarının işində heç bir problem yoxdur, onlar əvvəlki qaydada işləyirlər: "Son günlərdə yağan intensiv yağışlar nəticəsində optik xətlərdə problem yarana bilər. Yəqin sistemin dayanması bununla bağlı olub". (fins.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.