Cəmiyyət

Quranla müalicə

1 Oktyabr 2016 22:55
21 Şərh     Baxış: 6 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ruqya oxumaq şəfa tapmaq məqsədilə Quran ayələri və ya Peyğəmbərin istifadə etdiyi zikr və duaları əlini xəstənin başına və ya ağrı olan yerinə qoyaraq oxumağa və ya oxuyub xəstənin üstünə üfürməyə deyilir. Ruqya sığınmaq, qorunmaq mənasını verən kəlmədir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - həm özünə, həm də başqalarına ruqya edər­di, habelə həm Cəbrail, həm də Aişə ona ruqya edərdilər, həmçinin səhabələr də ruqya edərdi.
Uca Allah buyurur: "Biz, Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik" (əl-İsra, 82)
"De ki: "O, iman gətirənlərə hidayətdir və şəfadır" (Fussilət, 44)
"Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!" (Yunus, 57)
Aişə rəvayət edir ki, Peyğəmbər xəstələndikdə, şərdən qoruyan surələri ("əl-İxlas", "əl-Fələq" və "ən-Nas" surələrini) özünə oxuyub üfürərdi. Xəstəliyi şid­dət­­lən­dikdə isə mən bu surələrin bərəkətini Allahdan umaraq onları onun üçün oxuyub əllərini bədəninə sür­tərdim" (Səhih əl-Buxari, 5016).
Milli.Az zikr.az-a istinadən bildirir ki, digər rəvayətdə Aişə demişdir: "Peyğəmbər hər gecə yatağına uzan­dıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora "əl-İxlas", "əl-Fələq" və "ən-Nas" surələrini oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq, ba­car­dı­­ğı qə­dər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi" (Səhih əl-Bu­xari, 5017).
Ənəs ibn Malik demişdir: "Peyğəmbər ənsardan olan bir ailəyə (zəhərli hey­van) sanc­masını və qulaq ağrısını müalicə etmək üçün ruqya oxumağa izin vermişdir". (Sə­hih əl-Buxari, 5719).
Ummu Sələmə rəvayət edir ki, bir də­fə Pey­ğəm­bər onun evində üzü­nün rəngi dəyişmiş bir qız uşağı görüb dedi: "Bu qızcığaza ruqya oxuyun, çünki ona göz də­yib". (Səhih əl-Buxari, 5739).
Həmçinin, ruqya oxumaq cadu, qorxu, vəsvəsə və s. mənəvi xəstəliklərə qarşı əvəzolunmaz müalicə üsuludur. Allah Rəsulunun bunun müalicəsi üçün Qurandan Fatihə surəsi, Bəqərə surəsinin ilk 4 ayəsi, Bəqərə surəsinin 163-164-cü ayələri, Ayət-ül Kürsi, Bəqərə surəsinin son 2 ayəsi, Ali İmran surəsinin 18-ci ayəsi, Əraf surəsinin 54-cü ayəsi, Saffat surəsinin ilk 10 ayəsi, Həşr surəsinin son 3 ayəsi, Cin surəsinin ilk 3 ayəsi, İxlas, Fələq və Nas surələri və digər ayələr oxuduğu rəvayət edilir (İbn Macə)
Üç şərt olduğu halda ruqya etməyə icazə verilir.
Birincisi, ruqya Allahın kəlamları, ad və sifətləri ilə olmalıdır. Ruqyanin sözlərində şəriətə müxalif sözlər olmamalıdır. Allahdan başqasına dua etmək, yaxud cinlərdən mədəd diləmək və ya başqa bu kimi şirk ovsunlar oxumaq haramdır. Uca Allah buyurur: "Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilmə­yən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan" (Yunus, 106).
İkincisi, ruqyanın sözləri aydın və mənası başa düşülən olmalıdır. Mənası başa düşülməyən tilsimləri oxumaq haramdır.
Üçüncüsü, ruqya edən qəti inanmalıdır ki, ruqya özü təsir edən qüvvəyə malik deyildir. Əslində ruqya Allahın qüdrəti və istəyi olmadan təsir edə bilməz. Ruqya oxumaq bir səbəbdir, çünki istədiyinə şəfa verən yalnız Allahdır.    
Yuxarıdakı şərtləri özündə cəm etməyən bütün digər növ ruqya və ovsunlar haramdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.